Qərbin binokl planı - Sərhəddə "müasir kəşfiyyatçılar" artır...
Qərbin Rusiyanı zəiflətmək məqsədi Ermənistana qarşı apardığı dəstək siyasətində aydın görünür. Ukrayna vasitəsi ilə buna nail olmayan Qərb Ermənistanı alətə çevirərək bu məqsəd yolunda istifadə edir. Qərb Ermənistana dəstək nümayiş etdirməklə həm öz məqsədlərini güdür, həm də ermənilərin rəğbətini qazanır. Cənubi Qafqazda mənafeyini gücləndirmək üçün Ermənistanı "qurban" seçən Qərb ermənidən daha çox erməni kimi davranır.
- Fransa Ukraynanın bəyənmədiyi silahları belə əldən çıxardır - Bir daşla iki quş
- Hazıra nazir qonaq - Maskalanmış "mələk" İrəvanda ifşa oldu
- Qərb Ukraynaya xəyanət etdi (milli.az)
Məlum olduğu kimi, Aİ-nin Ermənistandakı missiyasının işçilərinin sayı artırılıb. Bu barədə EUMM-un rəhbəri Markus Ritter bildirib. Onun dediyinə görə "Ermənistanda Avropa İttifaqının müşahidəçilərinin sayının artması Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətin monitorinqi üçün əlavə imkanlar yaradacaq.
Avropa İttifaqının (Aİ) Ermənistandakı missiyasının (EUMM) Ermənistandakı fəaliyyəti ATƏT-in Minsk Qrupunun iş prinsipini xatırladır. Bu missiya ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Onların kəşfiyyat məqsədi ilə bölgəyə gəldikləri deyilir. Missiyanın rəhbərinin Almaniyada uzun müddət polis rəisi işləmiş, sonra dünyanın müxtəlif məkanlarında "xüsusi missiyalar" yerinə yetirmiş M.Ritter olması iddiaları daha da gücləndirir.
Mövcud vəziyyət qonşu ölkələri, xüsusilə İran və Rusiyanı narahat edir. Rusiyalı ekspertlərin dediyinə görə Rusiyanın Ermənistandakı 102-ci bazasının hərbçiləri bu missiya tərəfindən izlənilir, onların barədə məlumatlar toplanır. İran isə sərhədlərinin yanında EUMM "müşahidəçiləri" arasında yer alan NATO hərbçilərinin fəaliyyətini istəmir.
- Fransa faşistlər yetişdirir - Müsəlmanlara təzyiq pik həddə
- Sülh müqaviləsinin bir addımlığında - Ləngidən səbəblər
- Rusiya ilə bağlı gizli plan - Ermənistan "maşa" oldu (milli.az)
Bütün günü təpələrdə binokllarla fotosessiya etdirməklə iş görüntüsü yaradan Ermənistandakı monitorinq missiyasına edilən tənqidlərdən narahat olanlardan biri də Marina Kalyuranddır. Belə ki, Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyətinə başçılıq edən 61 yaşlı Marina Kalyurand Bakı ilə bağlı gözləntilərini dilə gətirib. Estoniyanın keçmiş XİN başçısı Marina Kalyurand bildirib ki, Rəsmi Bakının Avropa İttifaqının, avrokomissar Jozep Borrelin, Avropa Parlamentinin sədri Roberta Metsolanın ünvanına tənqidləri qəbuledilməzdir. "Avropa İttifaqının, bizim Ermənistandakı monitorinq missiyamızın ünvanına da Azərbaycandan çoxlu tənqidlər eşildirik. Vəziyyəti diqqətlə müşahidə edirik. Azərbayacanın verdiyi vədlərə əməl edərək ermənilərin Dağlıq Qarabağa qayıdışlarını və ora dönmək istəyən ermənilərdən Azərbaycan vətəndaşlığını qəbul etmədən, hər hansı təhdidə məruz qoyulmadan təhlükəsizliklərinin təminatını gözləyirik. Qarabağlı ermənilərə hər hansı təzyiq beynəlxalq hüquq baxımından yolverilməzdir"
Görünür estoniyalı siyasətçi mövcud vəziyyətdən xəbərsizdir, tarixi bilikləri sıfırdır. Çıxışı ilə savadsızlığını üzə çıxaran siyasətçi azad edilmiş ərazilərimizdən hərbçilərimiz və polis əməkdaşlarımızın, dövlət qurumları mənsublarının çıxarılaraq, həmin ərazilərə ermənilərin yerləşməsini bunu yalnız müşahidə etməyimizi, Xankəndində separatçı rejimin bərpasını, ermənilərin yenidən silahlı dəstələr yaradaraq terror hücumlarını etməsini "beynəlxalq hüququn tələbləri" olduğunu düşünür. Halbuki, Rəsmi Bakı dəfələrlə bəyan edib ki, Qarabağı könüllü tərk edən ermənilər azərbaycan vətəndaşlığını qəbul etməklə yenidən bu torpaqlara qayıda bilər. Əks halda, bu mümkün deyil.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)





