Hazıra nazir qonaq - Maskalanmış "mələk" İrəvanda ifşa oldu
Dünən İrəvanda Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan və Fransanın mədəniyyət naziri Rima Abdul Mələk birgə mətbuat konfransı keçiriblər. Brifinqdə Qarabağ bölgəsində "ermənilərin mədəni və dini irsi" müzakirə olunub. Konfransda iddia olunub ki, guya Azərbaycan erməni abidələrinə qarşı "vandallıq" edib. Rima Əbdül Mələk bu məsələni beynəlxalq platformalarda qaldırmağa hazır olduğunu söyləyib.
Bu, Fransanın Azərbaycanın daxili işlərinə qarışmaqda ilk cəhdi deyil və bu ölkə tərəfindən bizə qarşı əsassız iddiaların beynəlxalq platformalarda səsləndirilməsi də tanış mənzərədir. Ümumiyyətlə, Fransa son zamanlar sanki bütün işini-gücünü atıb, Ermənistanı müdafiə edirmiş kimi görünməyə çalışaraq anti-Azərbaycan siyasətini artan templə davam etdirməkdədir.
Fransanın mədəniyyət naziri Rima Abdul Mələkin İrəvana səfəri təəccüb doğurmur. Əksinə, bu səfərlə bağlı diqqət çəkən məqam reallıqları bütün çılpaqlığı ilə üzə çıxarır. Belə ki, nazir Fransa Milli Assambleyasındakı Fransa-Ermənistan dostluq qrupunun sədri Ann-Lorans Petel ilə eyni təyyarədə gəlib. Bu şəxs isə anti-Azərbaycan mövqeyi ilə tanınır və erməni lobbisinin sözçüsü kimi fəaliyyət göstərir.

Konfransda səsləndirilən fikirlərdən belə anlamaq olur ki, tədbir əvvəldən hazırlanmış tezislər əsasında qurulub. Məsələ barədə məlumatsız olan nazir əvvəlcədən hazırlanmış mətni səsləndirib və rolunu çox gözəl şəkildə ifa edib. Həm bu məsələ, həm də nazirin Ann-Lorans Petel ilə birlikdə gəlməsi erməni lobbisinin naziri özü ilə gətirib ona verilən məlumatlar əsasında işini qurduğunu deməyə əsas verir. Bu isə Fransanın Azərbaycanda olmasa belə, digər ölkələrdə olan nüfuzuna xələl gətirir.
Fransalı nazir öz ölkəsi ilə bağlı məsələləri niyə unudur? Ona Fransanın Afrika, Cənub-Şərqi Asiya, Sakit Okean regionu və Latın Amerikasında müstəmləkəyə çevirdiyi, təbii sərvətlərini taladığı, tarixini və mədəniyyətini silməyə çalışdığı ölkələrlə bağlı faktları xatırlatmaq lazımdır. Rima Abdul Mələk başa düşməlidir ki, başqa xalqlara məxsus tarixi və mədəniyyət sərvətlərini müsadirə etmiş ölkə kimi Fransanın belə iddialar qaldırmağa heç bir mənəvi haqqı yoxdur.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)





