Sülh müqaviləsinin bir addımlığında - Ləngidən səbəblər
ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının Skopye şəhərindəki iclasında çıxış edən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib ki, Ermənistan sülh müqaviləsini yekunlaşdırmaq üçün Azərbaycanla danışıqlara və Cənubi Qafqazda təhlükəsizliyin yaxşılaşdırılması üçün əməli addımlar atmağa hazırdır. Onun iddiasına görə guya Azərbaycan beynəlxalq vasitəçilərin səylərini təhlükə altına alır və regionda sabitliyin yaradılmasına mane olur. Halbuki, Ermənistanı sərhədlərin delimitasiyası prosesinə cəlb edən məhz Azərbaycanın təkidi olub. Bundan əlavə, osial şəbəkələrdə Ermənistanın səngərlər qazaraq yeni müharibəyə hazırlaşdığını göstərən kadrlar yayılıb. Azərbaycana qarşı artan ittihamlardan, sosial şəbəkələrdə yayılan görüntülərdən, Fransanın Ermənistanı silahlandırmasından belə nəticəyə gəlmək olar ki, qarşı tərəf sülh müqaviləsinin imzalanmasını gecikdirməyə çalışırlar.

Ermənistan parlamentinin spikeri Alen Simonyanın dediyinə görə 2 həftə ərzində sülh əldə oluna bilər. Simonyan bu açıqlaması ilə eyham vurur ki, əgər Azərbaycan şərtləri qəbul etsə və yaxud Ermənistanın gündəliyi ilə razılaşsa, sülh müqaviləsini imzalamaq mümkün olacaq. Azərbaycan hər zaman sülhün tərəfdarı olub. Lakin, Ermənistan sülh müqaviləsinin bağlanması üçün Azərbaycanı günahlandırmaqdan çəkinməli və üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.
Bəs sülh müqaviləsi harada imzalana bilər?
Qərb Vaşinqton, Brüssel formatını istəyir, Rusiya isə Moskva-Soçi formatını təklif edir. Sülh müqaviləsi böyük siyasi sənəddir, ona görə də, bunun razılaşdırılmasında vasitəçi səyi tələb oluna bilər. Hazırda Moskva, Brüssel və Vaşinqton arasında geosiyasi savaş gedir. Hər kəs istəyir ki, sülh müqaviləsi onun "meydanında" imzalansın. Məqsəd də bəlli məsələdir: öz strateji maraqları...
Qərbə meyillənən Ermənistan Rusiyanın vasitəçiliyini istəmir. Bu baxımdan, sülh müqaviləsinin Moskvada imzalanma ehtimalı sıfıra bərabərdir. Son zamanlar ABŞ-nin erməni lobbisinin təsiri altında Azərbaycana qarşı yanlış mövqe sərgiləməsi səbəbindən Vaşinqton variantına da ehtimal zəifdir. Belə olan halda bu gün münasibətlərin normalllaşdırılması üçün heç bir vasitəçiyə ehtiyac olmadığı görünür.
İslam
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
XƏBƏR LENTİ
-
Nə qara, nə də yaşıl: Ən sağlam zeytun növü açıqlandı
-
Dünyanın ən güclü adamı niyə gəzə bilmir? - (Foto)
-
Hər kəs xeyirli hesab edir, ən riskli ət növü açıqlandı
-
Ermənistan əhalisinin 30%-i prezidenti tanımır
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)





