Fransa Ukraynanın bəyənmədiyi silahları belə əldən çıxardır - Bir daşla iki quş
ABŞ və Qərb Azərbaycanın qələbəsini həzm edə bilmədiyini aşkar şəkildə büruzə verir. Son günlərdə baş verən proseslər bunun bariz göstəricisidir. ABŞ-nin USAİD vasitəsi ilə Cənubi Qafqazla bağlı planlarını həyata keçirmək cəhdləri, Fransanın Ermənistanı silahlandırması, Ermənistan Müdafiə Nazirliyinin təxribat xarakterli məlumatları və bu tipli digər cəhdlər bölgədə sülhün və sabitliyin inkişafına mane olan əsas amillərdəndir.
ABŞ-nin və Qərbin Ermənistana həmrəylik nümayiş etdirməsinin əsas səbəblərindən biri eyni dinə mənsubluq olsa da, əslində sözügedən ölkələrin Cənubi Qafqazla bağlı məqsədləri var. Bu da sirr deyil ki, ABŞ və Qərb Cənubi Qafqazda və eləcə də bütünlükdə Rusiyanı zəiflətmək istəyir. Onlar əvvəlcə Ukraynanı bu yolda qurban seçsələr də, Rusiyanın zəifləmədiyini gördükdə indi maşa kimi Ermənistanı önə veriblər.

Rusiyanı zəiflətmək məqsədi ilə yanaşı iqtisadi savaşda da öz mənafelərini nəzərə alan bu qüvvələr Ermənistana "dəstək" edirmiş kimi görünürlər. Onlar bu üsulla həm ermənilərin rəğbətini qazanırlar, həm Azərbaycana təzyiq göstərməyə cəhd edirlər, həm də Cənubi Qafqazda mövqelərini möhkəmlətməyə çalışırlar.
Məlum olduğu kimi, Fransa yenə Ermənistana Arquus" şirkəti tərəfindən istehsal olunan 50 ədəd "Bastion" zirehli maşın göndərəcək. Hansı ki, bu texnika əvvəl Ukraynaya təklif olunmuşdu, onlar da bundan imtina etmişdi. Bundan əlavə, "Bastion" zirehli maşınları ilkin olaraq Afrikadakı keçmiş müstəmləkə ölkələrindəki Fransa qoşunları üçün hazırlanıb. Görünür Fransa bu texnikadan qurtulmağın yollarını axtarır.
Burada diqqət çəkən digər məqam Gürcüstanın bu silahların Ermənistana keçidinə icazə verməsidir. Fransanın hərbi texnikasının növbəti partiyası da Gürcüstan limanları və nəqliyyat yolları vasitəsilə Ermənistana çatdırılsa, bu, Azərbaycan cəmiyyətində tərəfdaşlıqla bağlı haqlı suallar yaradacaq.
Məhz bu səbəbdən Ermənistanı asılı vəziyyətə salmağa çalışan Fransa İrəvanın aqressiv ritorikasını, revanişizmini dəstəkləyir, erməni ordusunun sürətlə silahlandırmaq istəyir və bununla da Cənubi Qafqazda Fransanın əsas rol oynamadığı layihələrin reallaşmasına imkan verməməyə çalışır.
Bu silahları Ermənistana ötürən Fransa birmənalı olaraq Cənubi Qafqazda dayanıqlı sülhü və stabilliyi istəmir. Görünür, Parisin istəyi regionu bitməz münaqişə məkanına çevirməkdir. Paris regionda söz sahibi olmaq uğrunda hər bir variantı yoxlayır. Amma, bu dəfə də planının uğursuz olacağına şübhə yoxdur.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Donald Trampa məktub ünvanlayıb
-
Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır - Stiv Uitkoff
-
Prezident İlham Əliyevlə Donald Tramp arasında telefon danışığı olub
-
Azərbaycan və Ermənistan arasında sülh iqtisadi əməkdaşlığa yol açıb - Marko Rubio
-
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
-
Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - Şərh
XƏBƏR LENTİ
-
Matcha içməyin çağırışı edildi
-
Çox ləzzətli məzə resepti
-
Sumaq ədviyyatını yeməklərdə istifadə etməyin incəlikləri
-
0 şəkər, 0 kalori: Yaponlar hər gün stəkan-stəkan içirlər
-
Bişən yumurtaya nə üçün bir damla sirkə əlavə edilir?
-
İranla müharibə ABŞ-nin raket ehtiyatını tükəndirdi
-
"Cennet mahallesi"nin "Ayşe"si ana oldu - (Foto)
-
Nişan hazırlığı üçün köməyə getdi, bacısı oğlunun qızıllarını oğurladı
-
Kredit kartı şifrəsində "0" rəqəmi olanlara xəbərdarlıq edildi
-
“Heç kim öz torpağını atıb gedən deyil” - Zelenski
-
Xərçəngdən əziyyət çəkən Cansever vəfat etdi
-
Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)
-
Günün qoroskopu: Özünüzə daha çox vaxt ayırmağı unutmayın
-
İspaniyanın Baş nazirin fotodakı qəribə detalı sosial şəbəkədə viral oldu (Foto)
-
Zəngəzur dəhlizi Azərbaycana ildə 3 milyard dollar qazandıracaq - Vüqar Bayramov
-
Misir Mərdanovun DNT nəticələri açıqlandı (Foto)
-
Röya Ayxanın 2 günlük konserti böyük coşqu ilə yadda qaldı - (Video)
-
Gavalının üzərindəki ağ ləkənin səbəbi bəlli oldu
-
Dünya çempionatında Messini partlatmaq, Ronaldonu qaçırmaq istəyiblər
-
Daş kimi bayat çörəyi 2 saniyədə təzə edən üsul
-
PSJ “Barselona”nın ulduzunu transfer edib
-
Sarayda zəncirvari qəza olub (Foto/Video)
-
Goranboyda evdən 18 yaşlı qızın meyiti tapılıb
-
Günayın ailəsi ilə istirahəti - (Video)





