Siyasət

Şahin Mustafayev Overçukla görüşdü

8 Dekabr 2023 22:27
Baxış: 395

Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçukun görüşü olub.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, tərəflər Rusiya Federasiyası və Azərbaycan Respublikası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının işinin gündəliyinə daxil olan ikitərəfli ticari-iqtisadi əməkdaşlığın aktual məsələlərini nəzərdən keçiriblər.

Hökumətlərarası Komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiqləyən ticarət inkişafının müsbət dinamikasını vurğulayıblar. Görüşdə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsinin artımının 2023-cü ilin yanvar-oktyabr aylarında 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz təşkil etdiyi qeyd olunub.

Tərəflər Rusiya-Azərbaycanın münasibətlərin bütün istiqamətlər üzrə möhkəmlənməsinə yönələn konstruktiv dialoqun davam etdirilməsinə hazır olduqlarını təsdiqləyiblər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.