Siyasət

ABŞ-nin Azərbaycandakı səfirliyindən Ağdamdakı mina partlayışına - Reaksiya

6 Dekabr 2023 00:26
Baxış: 893

"Bu gün Ağdam rayonunda minaların zərərsizləşdirilməsi sahəsində çalışan mütəxəssisin xəsarət alması xəbəri bizi  kədərləndirdi". 

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbuk hesabında yazılıb.

"Biz ona ən tez zamanda sağlamlığına qovuşmağı arzu edirik. Biz həmçinin minalardan həlak olmuş şəxslərin ailələrinə və yaxınlarına başsağlığı veririk. Birləşmiş Ştatlar Azərbaycana ərazilərin minalardan təmizlənməsi işində yardım edən sadiq tərəfdaşdır. 2021-ci ilin noyabr ayından  etibarən ABŞ münaqişədən zərər çəkmiş ərazilərdə humanitar minatəmizləmə əməliyyatları üçün 3,5 milyon dollar ayırıb" - səfirliyin açıqlamasında qeyd olunur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.