Siyasət

Əli Əsədov Paşinyanla görüşdü - FOTO

27 Oktyabr 2023 12:06
Baxış: 2 036

Azərbaycanın baş naziri Əli Əsədov və Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Gürcüstanda görüşüblər.

Milli.Az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bir neçə saat davam edən danışıqların təfərrüatı açıqlanmayıb.

Qeyd edək ki, dünən Gürcüstanın Tbilisi şəhərində Beynəlxalq İpək Yolu Forumu fəaliyyətə başlayıb. Bütünlükdə dünyanın 60 ölkəsindən 2 minə yaxın nümayəndənin iştirak edəcəyi forumda Azərbaycanın və Ermənistanın baş nazirləri Əli Əsədov və Nikol Paşinyan da iştirak edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.