Ermənistanla sülh müqaviləsi bu ölkədə imzalana bilər - Səbəblər
44 günlük müharibə, onun nəticələri, davamında diplomatiya sayəsində qazanılan uğurlar, Xankəndiyə, Xocalıya, Ağdərəyə bayrağımızın sancılması son günlər fəxr və qürur hissi yaşatmaqdadır. Bu günəqədər gedən proseslər göz qabağındadır, lakin, proses tam yekunlaşmayıb. Əsas məqam qarşıdadır. Söhbət sülh müqaviləsinin imzalanmasından gedir.
Məlum olduğu kimi, İspaniyanın Qranada adasında beştərəfli görüş təşkil olunmuşdu. Azərbaycan orada Türkiyənin də iştirakını təklif etmişdi. Makron isə buna qarşı çıxdı. Nəticədə İlham Əliyev Qranada görüşünə getməkdən imtina etdi. Çünki, orada yaranmış anti-Azərbaycan mühitində, Cənubi Qafqazdan kilometrlərlə uzaq məsafədə yerləşən ölkələrlə bu regionun məsələsini müzakirə etmək hər hansı məntiqə sığmırdı.

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı bu ilin sonuna kimi Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu deyib. Azərbaycanın da isədiyi budur. Lakin, mövcud vəziyyətdə sülh müqaviləsinin imzalanması üçün platforma baxımından problem yarandığı görünür. Belə ki, Ermənistan Rusiyanın vasitəçiliyindən mümkün qədər qaçır. Paşinyanın MDB dövlət başçılarının Bişkekdə keçiriləcək görüşündə iştirak etməkdən imtinası bunu deməyə əsas verir. Paşinyan Rusiya masasına otursa "əli aşından da, vəli aşından da olacağ"ını düşünür. Belə ki, Ermənistan bu masaya əyləşərsə bəzi iddialarından əl çəkməlidir, eləcə də Qərbin dəstəyindən də məhrum olmaq riski var.

Kreml də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin Qərb ölkələrindən birində imzalanmasını istəmir. Hər Brüssel və Vaşinqton görüşündən sonra Moskva görüşünün olması bunu deməyə əsas verir. Ermənistanın Rusiya ilə münasibətlərinin pis olduğunu nəzərə alsaq Moskva formatı bu müqavilə üçün uğurlu variant sayılmır.
Azərbaycan sülh müqaviləsi ilə bağlı qəti mövqeyini bildirib. Rəsmi Bakının Makronun iştirakı ilə hər hansı danışıqlar prosesində iştirak etmək fikri yoxdur. Cənubi Qafqazla bağlı məsələnin elə bu regionda həll olunmağı daha məqsədə uyğun olar. Bu məqamda ən yaxşı variant kimi Gürcüstan qalır. İlham Əliyevin Gürcüstan səfərində də mesaj bu idi. Belə ki, Azərbaycan yeni bir vasitəçilik mexanizmi ortaya qoyur. Həmçinin, Gürcüstan da bu məsələdə maraqlıdır. Qərb və Rusiyanın prosesdə iştirak etmədiyi mühitdə Bakı və İrəvanın anlaşma şansı daha çoxdur.
Bəxtiyar Umarlı
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Ceyhun Bayramov İƏT-i birgə fəaliyyətə çağırıb - (Foto)
-
Ceyhun Bayramov Albaniya XİN rəhbərinə Ermənistanla davam edən sülh prosesi barədə məlumat verib - (Foto)
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihələri Prezident İlham Əliyevə təqdim edilib
-
Əli Əsədov iclas keçirir
XƏBƏR LENTİ
-
“Yaşaya bilmədiyimiz ata-qız sevgisinə ağlayıram” - Rəqsanə İsmayılova - (Foto)
-
Sumqayıtda baş verən qəzada bir nəfər ölüb
-
Bakıda ''Cantəpə''adlanan ərazidə yolda bərbad vəziyyət - (Video)
-
Bakının bəzi ərazilərində qaz olmayacaq
-
BMT-də Netanyahuya qarşı kütləvi boykot - (Video)
-
Naomi Kempbell keçmiş nişanlısı ilə Bakıda - (Foto)
-
Günün qoroskopu: Həyatınıza yad bir insanın daxil olması ehtimalı var
-
Ceyhun Bayramov ABŞ biznes nümayəndələri ilə görüşdə Azərbaycanın strateji prioritetlərini açıqlayıb - (Foto)
-
Əlillik pensiya kəsildiyi üçün iynə və dərmanları ala bilmirlər - (Video)
-
“Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur” - Ərdoğan
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
-
Çin sədrinin Ağ Evə səfəri öncəsi jurnalistlər arasında qalmaqal - (Video)
-
“Bu üç gün ərzində çox qocaldım və arıqladım” - Həmidə Ömərova
-
Bakıda gənc qızı motosiklet vurdu - (Video)
-
Marek Kalinaya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
-
Sübhan Mamedov Avropa çempionu olub - (Foto)
-
BƏƏ İrana uçuşları dayandırdı
-
Sabirabadda ağır qəza - ölən və yaralanan var - Yenilənib
-
Marina Vladi vəfat etdi
-
Ceyhun Bayramov Kot-d’İvuar XİN rəhbəri ilə regional məsələləri müzakirə edib - (Foto)
-
Kartlara tətbiq edilən limitlərlə bağlı açıqlama - Yenilənib
-
Qazaxıstanda ölən hərbçilərin sayı 12-yə çatıb
-
“Sabah”ın matçına gedənlərin nəzərinə





