Siyasət

Füzuli sakini: Sevincliyəm, məcburi köçkünlük həyatı sona çatır

12 Oktyabr 2023 08:18
Baxış: 608

Təəssüratlarımı sözlə ifadə etməkdə çətinlik çəkirəm. Çünki bu gün uzun illər ayrı qaldığımız doğma yurdumuza qayıdırıq. Sevincliyəm, eyni zamanda, fərqli hisslər yaşayıram. Artıq məcburi köçkünlük həyatı sona çatır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri jurnalistlərə müsahibəsində keçmiş məcburi köçkün, Füzuli sakini Seymur Hüseynov söyləyib.

Füzuliyə qayıdan sakin torpaqlarımızın azad olunmasında əməyi olan Azərbaycan Ordusuna təşəkkür edib, yaralılara şəfa, şəhidlərə rəhmət diləyib.

"Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi Qələbə qazandı, torpaqlarımızı işğaldan azad etdi. Bizə yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarıq",- deyə S.Hüseynov bildirib.

Bundan sonrakı ömrünü doğulub boya-başa çatdığı yerdə yaşamaq istədiyini deyən Seymur Hüseynov ailəsi ilə getdiyini vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.