Siyasət

Azərbaycan Səudiyyə Ərəbistanının bu təklifini dəstəkləyir

7 Oktyabr 2023 14:04
Baxış: 743

Azərbaycan Səudiyyə Ərəbistanının 2034-cü ildə futbol üzrə dünya çempionatına ev sahibliyi etmək təklifini dəstəkləyir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" (tvitter) sosial şəbəkə səhifəsində paylaşım edib.

Bildirilib ki, adıçəkilən ölkənin mundialı qəbul etmək üçün kifayət qədər təcrübəsi var:

"İnanırıq ki, dünya çempionatı Səudiyyə Ərəbistanında dünya səviyyəli turnir olacaq. Çünki dost ölkə çoxsaylı turnirlərə ev sahibliyi edib və onların futbola köklü həvəsləri var".

Qeyd edək ki, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ölkəsinin DÇ-2034-ü qəbul etmək istədiyini açıqlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.