Siyasət

Şuşa İƏT-in turizm paytaxtı seçildi

5 Oktyabr 2023 17:09
Baxış: 518

2023-cü ildə İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının sədrliyi çərçivəsində 4-5 oktyabr 2023-cü il tarixində İran İslam Respublikasının Ərdəbil şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin yüksək səviyyəli turizm ekspertlərinin 7-ci görüşü və turizm nazirlərinin 5-ci iclası keçirilib.

Bu barədə Milli.Az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd edilən iclaslarda Azərbaycan Respublikasını Dövlət Turizm Agentliyinin nümayəndə heyəti təmsil edib.

Tədbir çərçivəsində üzv dövlətlər arasında turizm sahəsi üzrə mövcud əməkdaşlıq perspektivlərinə dair geniş müzakirə aparılıb, müvafiq sahə üzrə qarşılıqlı əlaqələrin daha da gücləndirilməsi istiqamətində görüləcək tədbirlər nəzərdən keçirilib.

İclasda səsvermə nəticəsində Şuşa şəhəri İqtisadi Əməkdaşlıq Təşkilatının 2026-ci il üçün turizm paytaxtı seçilib.

Sonda İƏT-in bu qərarı Ərdəbil Bəyannaməsində əks olunub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.