Siyasət

Akop Akopyandan Qarabağ AÇIQLAMASI: “30 ildən artıqdır ki...”

5 Oktyabr 2023 16:20
Baxış: 1 527

"Qarabağ münaqişəsi Ermənistan hakimiyyətinin siyasi ehtiyatsızlığı nəticəsində məntiqi sonluqla başa çatdı".

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş mədəniyyət naziri, şair Akop Akopyan deyib.

"30 ildən artıqdır ki, biz Qarabağ problemini hökumət, hakimiyyəti saxlamaq, hakimiyyətdən çıxmaq, hakimiyyətin miras qalması və hakimiyyətin bir-birinə ötürülməsi məsələsinə çevirmişik. Həmin problemin belə bitməsi şübhə doğurmamalıdır. Bunun səbəbini xəbər alsanız, mən həm siyasi, həm də diplomatik nöqteyi-nəzərdən ağılsızlıq nəticəsində baş verdiyini deyərdim", - deyə keçmiş nazir bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.