Siyasət

Şarl Mişeldən ermənilərin Qarabağı tərk etməsinə reaksiya

3 Oktyabr 2023 14:42
Baxış: 2 254

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel erməni əhalinin Qarabağı tərk etməsini etnik təmizləmə cəhdi kimi qələmə verməkdən çəkinib.

Milli.Az APA-ya istinadən bildirir ki, o, bu barədə "Euronews"a müsahibəsində bildirib.

Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasından danışan Aİ lideri deyib ki, "sülh hər iki tərəfin öhdəliklərini müəyyən edə biləcək danışıqlar tələb edəcək".

Onun sözlərinə görə, erməni sakinlərin hüquqlarının və təhlükəsizliyinin qorunması üçün Azərbaycan tərəfi böyük məsuliyyət daşıyır.

Şarl Mişel qeyd edib ki, Qarabağı tərk edən erməni sakinlərin böyük bir hissəsi hazırda Ermənistandadır və buna görə də Aİ bu ölkəyə humanitar yardım çatdırmalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.