Siyasət

İlham Əliyev: İstədiyimiz vaxtda və iki ay ərzində borcumuzu bağlaya bilərik

2 Oktyabr 2023 12:03
Baxış: 1 444

Prezident İlham Əliyev Astronavtika Konqresində Azərbaycanın inkişaf göstəriciləri barədə bəzi rəqəmləri açıqlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son 20 ildə ümumi daxili məhsulumuzun 4 dəfə, büdcə gəlirimizin 30 dəfə, xarici ticarət dövriyyəmizin 10 dəfə artdığını deyən dövlətimizin başçısı bildirib: "Biz xarici borcumuzu ÜDM-in 10 faizinə endirə bilmişik. 2024-cü ilin sonuna qədər planlarımıza uyğun olaraq bu rəqəm 7-7,5 faiz olacaq. Xarici valyuta və qızıl ehtiyatımız ÜDM-dən 10 dəfə artıqdır. Yəni, biz istədiyimiz vaxtda və iki ay ərzində borcumuzu bağlaya bilərik".

Ölkəmizdə sərmayə mühiti çox müsbət olduğunu vurğulayan Prezident İlham Əliyev son 30 ildə Azərbaycana 30 milyard dollardan artıq vəsait qoyulduğunu deyib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.