Siyasət

Azad olunmuş ərazilərdə tapılan meyit qalıqları ilə bağlı açıqlama

30 Sentyabr 2023 12:09
Baxış: 1 484

Birinci Qarabağ Müharibəsində 4 min nəfərə yaxın itkinimiz olub.

Milli.Az xəbər verir ki, bunu DTX rəisinin müavini general-leytenant Şərafət Həsənov Milli Qəhrəman Riad Əhmədovla keçirilən vida mərasimində deyib.

O bildirib ki, hazırda itkin düşən şəxslərin axtarışları davam edir:

"Dövlət Təhülükəsizliyi Xidmətinin Tibbi İdarəsinin tərkibində laboratoriyalarımızda 25 şəhidimizin eynilləşməsini həyata keçirmişik. Proses hələ də davam edir. Azad olunmuş ərazilərdə indiyə qədər 500-ə yaxın hərbi qulluqçu və mülki şəxsin meyitinin qalıqları tapılıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.