Xankəndində idarəetmə quruluşu BU FORMADA OLACAQ – Azərbaycan pasportları...
Xankəndində və ətraf ərazilərdə tədricən və mərhələli şəkildə Azərbaycanın suveren hüquqları yenidən bərpa edilir. İnteqrasiya prosesində əsas işlərdən biri dövlət strukturlarının və qurumların Xankəndi şəhərində və ətraf ərazilərdə fəaliyyətə başlamasıdır.
Bəs görəsən yaxın gələcəkdə həmin ərazilərdə idarətmə sistemi hansı qaydada aparılacaq və proses necə başlayacaq?
Milli.Az xəbər verir ki, mövzu ilə bağlı politoloq Samir Hümmətov Referans.az-a danışıb.
"Hələki mövcud vəziyyətdə Xankəndində Fövqəladə Hallar Nazirliyinin yanğından xilasetmə qrupları fəaliyyət göstərir. Eyni zamanda Azərbaycan Daxili İşlər Nazirliyinin polis əməkdaşları patrul xidməti həyata keçirir. Artıq bununla bağlı bəzi görüntülər də paylaşılmaqdadır. Görünən odur ki, Azərbaycanın dövlət strukturları yavaş-yavaş Xankəndinə və ətraf ərazilərə yerləşməyə başlayıb. Dünən qondarma rejimin başında duran şəxsin özlərini yanvarın 1-dən buraxacaqlarını elan etdilər. Əslində mən bu addımı ciddi qəbul etmirəm, çünki artıq uzun müddət idi ki, orada qondarma rejimdən çox cinayətkar xunta fəaliyyət göstərirdi. Düşünürəm ki, yaxın zamanlarda o da sıradan çıxarılacaq. Xankəndində yavaş-yavaş dövlət orqanlarının müvafiq strukturlarının təsis edilməsi prosesi başlayır. Hesab edirəm ki, öncə təhlükəsizlik orqanlarının fəaliyyəti formalaşdırılacaq. Bu gün üçün önəmli olan məsələ polis, FHN, DTX, səhiyyə orqanları və digər əsas strukturların fəaliyyətə başlamasıdır. Eyni zamanda digər orqan və strukturların da tədricən köçürülməsi işi həyata keçirilməlidir. Əlavə olaraq onu da qeyd edim ki, separatçı rejimin uzun müddət qala biləcəyini düşünmürəm və inanıram ki, Azərbaycan tərəfi yaxın zamanlarda Xankəndindən separatçı xuntanı çıxaracaq. Növbəti mərhələdə Qarabağda yaşayan erməni əsilli vətəndaşlara Azərbaycan pasportlarının verilməsi prosesi də başlaya bilər".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
XƏBƏR LENTİ
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir





