Siyasət

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşüb

29 Sentyabr 2023 18:19
Baxış: 638

Xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyası Prezidentininin müşaviri, Rusiya Federasiyası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Ruslan Edelgeriyev ilə görüşüb.

Nazirlikdən verilən xəbərə görə, görüşdə Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq, o cümlədən ətraf mühitin qorunması sahəsində mümkün tərəfdaşlıq perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının tərəflər konfransının 29-cu sessiyasından (COP29) irəli gələn məsələlər, Azərbaycanın anti-terror tədbirlərindən sonra bölgədəki cari vəziyyət, eləcə də humanitar yardım məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov, həmçinin həmkarını Ermənistanın və onun ölkəmizdə qurduğu qondarma rejimin regional sülh və təhlükəsizliyə törətdiyi çağırışlar barədə ətraflı məlumatlandırıb, Azərbaycanın beynəlxalq humanitar hüquqa tam uyğun şəkildə özünün suveren ərazisində icra etdiyi lokal antiterror tədbirlərini şərtləndirən səbəblərdən bəhs edib. Bu xüsusda, bölgədə əsas təhdid olan qanunsuz erməni silahlı qüvvələrinin mövcudluğuna son qoyulmasının bölgədə sülh və sabitliyə xidmət edəcəyinə ümidvarlıq ifadə olunub. Görüşdə, habelə hal-hazırda aparılan tərksilah prosesi, erməni sakinlərin ehtiyaclarının qarşılanması istiqamətində ölkəmizin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər, erməni sakinlərin reinteqrasiyası üzrə aparılan intensiv danışıqlar barədə qarşı tərəfə məlumat verilib.

Nazir Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyasiyası üzrə dialoqa sadiqliyi, ölkəmizin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün kompleks tədbirləri davam etdirəcəyi bir daha vurğulanıb. Görüşdə, həmçinin qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.