Erməni qızların Azərbaycanla bağlı etirafları
Elçin Əlibəylinin təqdimatında "Erməni qızlardan Azərbaycan etirafı" adlı veriliş efirə gedib.
Milli.Az musavat.com-a istinadən bildirir ki, verilişdə gənc erməni fəalı Culi Bağdasaryan və araşdırmaçı Meri Aslanyanın gerçək tarixi üzə çıxarmaq istəklərinə yer verilir.
Bildirilir ki, Ermənistan hakimiyyəti son 35 ildə ciddi cəhdlə Qərbi Azərbaycanda Azərbaycan izlərini, əhalisi, yaşam tərzi və yaratdığı mədəniyyəti silmək, danmaq və saxtalaşdırmaq siyasəti yeridir. Onlar saxta və qurama araşdırma, dərslik və monoqrafiyalarda, həmçinin dövri mətbuatda azərbaycanlıların izlərinin silinməsinə demək olar ki, nail olublar. Bu gün çox az mənbədə azərbaycanlıların tarixi yurd yerləri olan ərazilər və yaratdıqları izlər haqqında məlumata rast gəlmək olar. Amma bəzi erməni araşdırmaçılar total saxtalaşdırma və vandallıq siyasəti ilə razılaşmayıb gerçək tarixi üzə çıxarmaq istəyirlər.
C.Bağdasaryan müxtəlif mövzularda bloqunda yazılar verir, özünü vətənpərvər sayır və erməni xəstə siyasətinin qurbanıdır. O, öz həmvətənlərinin və onların havadarlarının törətdiyi əməlin dəhşətini, 1988-ci il hadisələrini erməni saxta məlumatları əsasında təqdim etsə də Qafan hadisələri nəticəsində azərbaycanlıların qovulmasını və onların ilk qaçqın olmasını etiraf edir.
Gənc araşdırmaçı öz yazılarında Meri Aslanyan 1926, 1939, 1959-cu il siyahıyaalınmalarını xatırladaraq bu məlumatı Ermənistanın saxtalaşdırılan statistsikasından götürüldüyünü, real rəqəmlərin isə fərqli olduğunu bildirir: "Məhz Stalinin köçürülmə qərarı ilə Qərbi Azərbaycandan minlərlə yerli azərbaycan əhalisi deportasiya olundu. Onun iradəsi, Mikoyanların fitnəsi ilə boşaldılan hər kəndə, hər evə Suriyadan, Livandan, dünyanın dörd bir yerindən ermənilər gətirilib məskunlaşdırıldı"
Əslinin Qərbi Azərbaycana köçmə olduğunu bilən M.Aslanyan trüksüz Ermənistan siyasətinin ağır nəticələrini elə rəqəmlərin dili ilə təqdim edir. Onun öz məqaləsinə Qərbi azərbaycanlıları simvolizə edən məqam kimi, bu il 140 yaşı tamam olan İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin 1939-cu ilə aid fotonu yerləşdirməsi də maraq doğurur. Məhz İrəvan teatrı Qərbi Aərbaycanlıların tarixi-mədəni irsini, mədəni inkişaf səviyyəsini göstərən mühüm tarixi sübutdur. Bu bir daha İrəvan və onun ətrafında olan mahalların tarixən əhalisinin Azərbaycan türklərindən ibarət olduğunu, orada iri mədəniyyət ocaqları, sənət məbədləri yaratdığını sübut edir.
Verilişdə Culi və Merinin yazılarında indiki Ermənidtanda yaşamış azərbaycanlıların acı taleyi və böyük tarixi izləri özünü əks etdirir: "Bu gənclər ən sadə gerçəyi gizlətmək istəməyib, daha vicdanlı olmaq istəyirlər. Lakin rəsmi təbliğat maşını və ideoloji silahlar erməni əhalisini vicdansızlar toplusuna çevirir".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Mələkxanım Eyubova kürəkəni ilə - (Foto)
-
Gənc yaşda ölən dünya ulduzları
-
Tramp İranla müharibənin başa çatacağı tarixi açıqladı
-
“Sabah” çox yaxşı məşq keçmiş komandadır” - Maykl Kerrik
-
Serhat Kılıçın rolu ona verildi - (Foto)
-
Azərbaycanda “Clean Energy Academy” proqramı fəaliyyətə başlayıb
-
"Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
-
Günün qoroskopu: Əlinizə pul keçən kimi xərcləməyə tələsməyin
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq





