Siyasət

Erməni sakin - Bizim rəis azərbaycanlı idi ...

25 Sentyabr 2023 12:14
Baxış: 4 610

"Xankəndidə yaşayırdım. İşıqlarımız yox idi, sağ olsunlar, dünən verildi".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Qarabağın erməniəsilli sakini Valodya Stepanyan deyib.

O, yenidən Xankəndiyə qayıtmaq haqda qərar vermədiyini söyləyib: "63 yaşım var, tək adamam. Qayıtmaq haqqında hələ ki konkret qərar verməmişəm".

O bildirib ki, vaxtilə azərbaycanlılarla bir yerdə işləyib: "O vaxt bizim rəis Dadaşov Nəzir idi, çox yaxşılıq edib mənə. Sizlərlə problem yaşamamışam".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.