Radikal müxalifətin belə yanaşması dövlətçiliyimizə ziddir - Əli Hüseynli
Bu gün AXCP-nin sədri Kərimov Əli paylaşdığı postda Azərbaycanın Qarabağda başladığı antiterror tədbirlərinə münasibət bildirərkən riyakarcasına bu tədbiri üçüncü Qarabağ müharibəsinin başlanması kimi qələmə verməyə çalışıb. Bu, ictimai düşüncəyə və Azərbaycanın dövlət maraqlarına tam zidd olan bir mövqedir və ictimai fikirdə, o cümlədən beynəlxalq səviyyədə ölkəmizi gözdən salmaq cəhdidir.
Bunu Trend-ə Milli Məclisin Birinci vitse-spikeri Əli Hüseynli deyib.
O bildirib ki, AXCP liderinin yanaşmaları Azərbaycanı guya Ermənistana qarşı işğalçı müharibəyə başladığına və Qarabağda yaşayan ermənilərə qarşı "genosid" siyasəti sürdüyünə görə ittiham edən rəsmi İrəvanın və onların havadarlarının iftiraları ilə üst-üstə düşür.
"Təəssüf doğuran faktdır ki, Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə dəstək Bəyanatını imzalamış siyasi partiyalar arsında AXCP, REAL və Müsavatın adı yoxdur.
Həqiqət ondan ibarətdir ki, bölgədə lokal xarakterli antiterror tədbirləri Azərbaycanın öz ərazisində Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə həyata keçirilir. Bu hədəflər 10 noyabr 2020-ci il üçtərəfli Moskva bəyanatının müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda ardıcıl olaraq törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunmasından ibarətdir.
Bu, Azərbaycanın beynəlxalq normalara əsaslanan legitim hüququdur. Hazırda əməliyyat uğurla davam etməkdədir və əminik ki, son nəticədə Azərbaycan ordusunun qarşısında qoyulmuş bütün vəzifələr tam şəkildə yerinə yetiriləcəkdir.
Ona görə də hər zaman Azərbaycanın nüfuzuna zərbə vurmaq üçün fürsət güdən, ölkəmizin uğurlarına kölgə salmağa çalışan Kərimov Əli kimi radikal müxalifət təmsilçilərinin davranışları dövlətçiliyimizə zidd, antiazərbaycan davranışlarla səciyyələnən xəyanət kimi dəyərləndirilməlidir", - deyə Ə.Hüseynli əlavə edib.
Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Bəzi rayonlarda işıq olmayacaq
-
“Şəki yaylası”ndakı faciəvi hadisədə tros qırılmayıbmış - Təfərrüat - (Video)
-
Mehriban Xanlarovadan Elgizə cavab
-
Kilian Mbappe "Real Madrid"in əfsanəsi Raula çatdı
-
Yeni “iPhone 18” bu qiymətə satılacaq - (Foto/Video)
-
Zelenskinin təyyarəsi az qala PUA ilə vurulacaqdı
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Sabah Xətai və Nizamidə hərəkət qismən məhdudlaşdırılacaq
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)





