Siyasət

Separatçılar Bakının şərtlərini qəbul etdilər - Qarabağdakı ermənilər Azərbaycana tabe olur

17 Sentyabr 2023 17:15
Baxış: 2 502

Bakıdan Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını qarşılamaq üçün göndərilən 40 ton un yüklü karvanın Ağdam-Əsgəran-Xankəndi yolu ilə Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasındakı ermənilərə çatdırılcağı barədə sentyabrın 1-də razılıq əldə olunsa da separatçılar vədlərinə xilaf çıxdılar və Azərbaycanın humanist addımını bloklamağa çalışdılar.

Lakin avqustun 29-dan Ağdam-Əsgəran-Xankəndi yolunda, Rusiya sülhməramlılarının postunun qarşısında gözləyən AzQAC-ın əməkdaşları və könüllülər ərazidə qurulan çadırlarda gecələyirdilər. Onlar ərzaq yüklərinin Xankəndidəki erməniəsilli sakinlərə çatdırılana qədər burada qalacaqlarını bildirməklə əslində Azərbaycanın mövqeyində qəti olduğunu və geri addım atmayacağını növbəti dəfə ermənilərə və onların havadarlarına isbat etdilər.

Rəsmi Bakının qətiyyətli mövqeyi, təzyiqlərə sinə gərməsi, beynəlxalq ictimaiyyətdən, təşkilatlardan, insan haqlarından dəm vuran aidiyyatı qurum və dövlətlərdən, siyasətçilərdən lazımı dəstəyi almamsına rəğmən Azərbaycan bu dəfə də istəyinə nail olmağı bacardı.

Qondarma rejim Qarabağdakı humanitar vəziyyət və təhlükəsizliklə bağlı Azərbaycan hökuməti ilə danışıqlara hazır olduqlarını bildirməklə hamilərindən xeyli dəstək almalarına rəğmən rəsmi Bakının qarşısında duruş gətirməyin mümkün olmadığı ilə barışdıqlarını göstərdilər. Ən əsası isə separatçılar humanitar yardımların Ağdam-Xankəndi yolundan gətirilməsinə razı oldular. Məlumatda qeyd olunur ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) və sülhməramlılarının təklifini qəbul edərək, Qızıl Xaç Komitəsi vasitəsilə həm Laçın, həm Ağdam yoldundan qəbul edəcəklər, buraxılmağına razıdırlar.

Bəli, Qarabağda vəziyyətin hər ötən gün Bakının planlarına uyğun şəkildə dəyişməsi qondarma xunta rejiminə də başqa seçim imkanı qoymur. Separatçılar artıq yaxşı anlamağa başlayırlar ki, Azərbaycanın təklif və istəkləri tərəflərindən nəzərə alınmasa daha ağır şərtlərlə qarşı-qarşıya qalacaqları qaçılmaz ola bilər.

Elə bu səbəbdən də separatçılar Azərbaycanın şərtlərinə boyun əydilər. Nəzərə alsaq ki, rəsmi Bakı da məhz Laçın yolunun yalnız Ağdam-Xankəndi yolu ilə eyni vaxtda açılmasının mümkünlüyündən bəhs edirdi, bu şərti qoymuşdu, heç tərəddüd etmədən ona görə də qondarma rejim qalıqlarının məcburiyyətdən Azərbaycanın şərtləri ilə razılaşdığını deməyə bir xeyli əsasımız var.

Azərbaycanın prinsipisal mövqeyi yenidən təmin olunur. Bunun üçün Azərbaycanı tənqid edən ABŞ kimi dövlətlər və Qərb siyasi dairləri indi görəsən heç xəcalət çəkirlərmi?! İnanmıram, çünki xəcalət çəkmək üçün də gərək bir abır-həya olsun. Dünyada terrorzimlə mübarizə aparmaq, insan haqları və hüquqlarının təminatçısı adı altında pərdələnən qüvvələrin əsl simasını belə məsələlərdə daha aydın şəkildə ortaya qoyur.

Ermənistan hakimiyyəti Rusiyaya qarşı mövqe sərgilədiyi üçün məhz Vaşinqton son günlər "xallarını" İrəvana verir, onu dəstəkləmək niyyətini gizlətmir. Belə bir situasiyada rəsmi Bakını masadan silib atmağı belə gözə alan ABŞ Ermənistanı qazanmaq üçün Qarabağ məsələsində ermənilərin mövqeyinə üstünlük verməsinə baxmayaraq Azərbaycan regionun əsas aktoru olduğunu bu hadisə ilə növbəti dəfə isbatladı və nümayiş etdirdi ki, Azərbaycanın razılığı və maraqları nəzərə alınmadan xüsusi ilə indiki postkonflik mərhələsində bölgədə heç bir proses müsbət sonluqla yekunlaşa bilməz.

Təhməz Əsədov
TREND

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.