Siyasət

Ermənilərin Qarabağda yaratmaq istədiyi BOZ ZONA nədir? - VİDEO

14 Sentyabr 2023 15:14
Baxış: 1 087

"Ölkəmiz aylardır ki, Qarabağda yaşayan ermənilərlə əlaqələrin inkişafında maraqlı olduğunu ortaya qoyur, lakin erməniəsilli Qarabağ sakinlərının Azərbaycana reintaqrasiyasının qarşısı alınır. Çünki Ermənistanın siyasi rəhəbrliyi bölgədə sülhün bərqarar olmasını istəmir".

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, siyasi şərhçi Eldar Cəfərov məsələni bu cür izah edir.

Siyasi şərhçi deyir ki, barışıqdan yayınan Ermənistanın məqsədi Qarabağda sülhməramlıların nəzarətində olan ərazidə "Boz zona" yaratmaqdır.

Erməni lobbisinin və onların dəstəkçilərinin regionda "boz zona" formalaşdırmaq arzuları iflasa məhkumdur. Bu beynəlxalq hüququn bütün normalarına ziddir.

Azərbaycan dövləti Qarabağda təhlükəsizlik arxitekturasının formalaşmasına mane olan "boz zona"nın formalaşmasına əsla imkan verməyəcək. Unutmaq olmaz ki, regionun aparıcı güc mərkəzi olaraq nizam qaydalarını rəsmi Bakı müəyyənləşdirir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.