Siyasət

Şahramanyan bu səbəbə görə qondarma rejimin başına gətirildi - VİDEO

14 Sentyabr 2023 16:53
Baxış: 1 104

Ermənistan özünün belə danışmaq iqtidarında olmadığı qondarma rejimi leqallaşdırmağa çalışır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sözügedən coğrafiyada dövlət qurmağın mümkünsüz olduğunu dərk edən Ermənistan siyasi rəhbərliyinin əsas məqsədi regionda gərginlik yaratmaqdır. Onlar da başa düşür ki, təxribatçı əməllərindən əl çəksələr Qarabağın erməniəsilli sakinləri sürətli bir şəkildə ınteqrasiya prosesinə qoşulacaqlar.

Siyasi şərhçi Aydın Quliyevin fikrincə, Ermənistan müəyyən dairələrdən dəstək alacağına ümid etsə də planları işə yaramadı.

Onun sözlərinə görə, qondarma "respublika"nın qondarma prezidenti vəzifəsinə Şahramanyanın gəlməsi təsadüfi deyil, onun aqressivliyi revanşistlərə hava-su kimi lazımdır.

Hər halda qondarma strukturda rəhbərin kim olacağı bir o qədər önəmli deyil. Azərbaycan tərəfi separatçılarla heç bir formada dialoq qurmayacaq. Ermənilər də bilməlidir ki, sakit və sakin olmaq lazımdır. Əks halda tanınmayan rejim daha tanınmaz hala düşəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.