Ermənistan Müdafiə Nazirliyi Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti nəzarətindəki ərazilərdə olan hərbçilərini Azərbaycandan çıxarmağa başlayıb.
Milli.Az xəbər verir ki, ilkin mərhələdə Ermənistan Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edən şəxslər Xankəndi-Gorus istiqamətində, Laçın yolu ilə Ermənistana yollanırlar.
Son 8 gündə artıq 172 erməni hərbçi Ermənistana keçib.
Milli.Az