Siyasət

Bu tarixdə Qarabağdakı vəziyyəti qiymətləndirmək üçün dinləmələr keçiriləcək

8 Sentyabr 2023 08:52
Baxış: 883

Sentyabrın 14-də Bakı vaxtı ilə saat 18:00-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsində Qarabağdakı vəziyyəti qiymətləndirmək üçün dinləmələr keçiriləcək.

Dinləmələrdə Ağ Evin bu mənsubları da iştirak edəcəklər:

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim; ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono.

Dinləmələrin təşəbbüskarı olan Robert Menendez son dərəcə anti-Azərbaycan və anti-Türkiyə mövqeyi ilə seçilən ABŞ Demokrat Partiyasından olan senatordur.

O, Konqresdə ən yaşlı və strateji əhəmiyyət kəsb edən Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.