Siyasət

Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqləndi

31 Avqust 2023 13:04
Baxış: 723

Özəl investisiyaların cəlb edilməsi nəzərdə tutulan dövlət müəssisələrinin siyahısı təsdiqlənib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyevin 2023-cü il 31 avqust tarixli Sərəncamı ilə təsdiq edilən dövlət müəssisələri bunlardır.

1. "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyəti.

2. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki:

- "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti;

- "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti.

3. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti.

4. "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti.

5. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan:

- "Azərikimya" İstehsalat Birliyi (Etilen-Polietilen zavodu);

- Karbamid zavodu;

- Metanol zavodu.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.