Siyasət

Fövqəladə hallarda kritik informasiya strukturlarının idarə olunması planı hazırlanacaq

28 Avqust 2023 17:22
Baxış: 537

Fövqəladə hallarda, müharibə şəraitində kritik informasiya infrastrukturlarının təhlükəsizliyini, kritik informasiya infrastrukturlarının idarə olunmasını təmin etmək üçün təşkilati əsasların yaradılması, risklərin qiymətləndirilməsi və idarə olunması planı hazırlanacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023 - 2027-ci illər üçün Strategiyası"nda əksini tapıb.

Strategiyaya əsasən, Dövlət Təhlükəsizliyi Xidməti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə birgə 2024 - 2025-ci illər ərzində risklərin reyestrdə toplanmasının təmin edilməsini, qiymətləndirmənin aparılması, risklərin idarə olunması üzrə planın hazırlanmasını təmin etməlidir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.