Azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilib
Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamda qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Rəşadətli Azərbaycan Ordusunun əsgər və zabitlərinin canı, qanı bahasına Vətən müharibəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndi daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsi, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edildi. Qarabağın tacı Şuşa şəhərinin azad edilməsi və Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur olması ilə müharibə başa çatdı.
Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı - Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.
30 illik işğal dövründə Ermənistan tərəfindən şəhərlərimiz, kəndlərimiz, qəsəbələrimiz viran edilmiş, mədəni irsimizə böyük zərbə vurulmuş, tarixi-mədəni və dini abidələrimiz, məscidlərimiz dağıdılaraq vandalizmə məruz qalmışdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur hazırda yenidən qurulur, ərazilər minalardan təmizlənir, sürətlə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır.
Məcburi köçkünlərin öz doğma yurdlarına dönüşü üçün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 16 noyabr tarixli 3587 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasına başlanılmışdır. Artıq Zəngilan rayonunun Ağalı kəndinə, Tərtər rayonunun Talış kəndinə və Laçın şəhərinə məcburi köçkünlərin qayıdışı təmin olunmuşdur və bu istiqamətdə işlər davam etdirilir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə qərara alıram:
1. Hər il aşağıdakı günlər işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri kimi təntənəli şəkildə qeyd olunsun:
26 avqust - Laçın şəhəri günü
4 oktyabr - Cəbrayıl şəhəri günü
17 oktyabr - Füzuli şəhəri günü
20 oktyabr - Zəngilan şəhəri günü
25 oktyabr - Qubadlı şəhəri günü
8 noyabr - Şuşa şəhəri günü
20 noyabr - Ağdam şəhəri günü
25 noyabr - Kəlbəcər şəhəri günü.
2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri ilə birlikdə bu Sərəncamdan irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycanla Ukrayna arasında səhiyyə sahəsində əməkdaşlıq sazişi təsdiqlənib
-
Fuad İsgəndərov Azərbaycanın Polşadakı səfiri təyin edilib
-
Məmməd Əhmədzadə Azərbaycanın Belçikadakı səfiri təyin edilib
-
Azərbaycan Ekvadoru Milli Günü münasibətilə təbrik edib
-
Litvanın Baş naziri Prezident İlham Əliyevə zəng edib
-
Prezident İlham Əliyev Məsud Pezeşkiana təşəkkür edib
XƏBƏR LENTİ
-
Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı ATU-dan açıqlamac
-
Məşhur UFC çempionu İslam Maxaçev tilovla köpək balığı tutub (Video)
-
Fədayə Laçın yubileyini qeyd edir (Video)
-
Ceki Çan Azərbaycanla bağlı danışdı - (Foto/Video)
-
Bakının bəzi küçələri tam bağlanacaq
-
Tramp İrandan kompensasiya tələb edib
-
Kolumbiyada 7.4 ballıq zəlzələ - ölənlərin sayı 50-ni ötüb - Yenilənib - (Foto/Video)
-
Brilliant Dadaşova oğlunun ad gününü bağında qeyd etdi - (Video)
-
Xamenei ordu və SEPAH-a yeni komandanlar təyin edib
-
"Sabah"ın çempion olması məndə suallar yaratmışdı - Poulsen
-
"Sabah"ın baş məşqçisi: İnanıram ki, hesabdakı geriliyi aradan qaldıracağıq
-
Azərbaycana qarşı beynəlxalq kibercinayətkar şəbəkələrin əməllərinin qarşısı alınır - DTX
-
"Qalatasaray" hücum xəttini gücləndirir: İki ulduz hədəfdə - (Foto)
-
"Eminin ölümünə səbəb olub, balalarını atasız qoyan qadına haqqımızı halal etmirik"
-
Şahbuzda avtomobil aşıb, sərnişin ölüb
-
Müəllimlərin diqqətinə: MİQ-də vakansiya seçimi başlayır
-
Bakının bu ərazisində sakinlər üçün həyat çətinləşib - Yol, su və işıq problemi
-
Tanınmış azərbaycanlı bloqerlə xanımı yenidən qəzaya düşdü - (Video)
-
“Xbet” və “MostBet”lə bağlı əməliyyat: Saxlanılanlar var -
-
Azərbaycana geomaqnit qasırğası gəlir - Tarixlər açıqlandı
-
Bakıda 9 avtobusun marşrutu dəyişdirildi - Səbəb
-
Pakistan İrandan iki mühüm şəxsi İslamabada çağırdı
-
Qubada 6 kəndi birləşdirən yol bağlandı
-
Vəfa Şərifovaya bahalı maşın hədiyyə olundu - (Video)





