Təhsilhaqqının 1500 manat azaldılması ilə bağlı ATU-dan açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-2027-ci tədris ili üzrə Azərbaycan Tibb Universitetində təhsilhaqları ötən illə müqayisədə ixtisasdan asılı olaraq 1000-1500 manatadək azaldılıb.
Milli.Az xəbər verir ki, bu barədə ATU-dan bildirilib.
Qeyd olunub ki, bu dəyişiklik dövlətin əhalinin sosial rifahının yaxşılaşdırılması və ali təhsilin daha əlçatan olması istiqamətində həyata keçirdiyi siyasətin növbəti mərhələsidir.
Bildirilib ki, dövlət hesabına təhsil alan tələbələrin təhsil xərcləri də dövlət tərəfindən qarşılanır.
"2024-cü il tarixli 120 nömrəli müvafiq qərara əsasən, ixtisasından asılı olaraq dövlət sifarişində təhsil alan hər bir tələbə üçün təhsil xərci 6000-8000 manat məbləğində müəyyən edilib", - açıqlamada qeyd olunub.
Universitetdən bildirilib ki, 2026-2027-ci tədris ili üzrə ATU-ya ödənişli əsaslarla qəbul planının minimuma endirilməsi də ali təhsilin maliyyə baxımından daha əlçatan edilməsinə yönəlmiş siyasətin mühüm göstəricisidir.
Qeyd edək ki, 2026-2027-ci tədris ili üçün ATU-da Tibb ixtisası üzrə illik təhsil haqqı 5000 manat, Stomatologiya, Əczaçılıq, Fizioterapiya, İctimai səhiyyə və Tibb bacısı (qardaşı) işi ixtisasları üzrə isə 4500 manat müəyyənləşdirilib.
Beləliklə, ötən tədris ili ilə müqayisədə Tibb və Stomatologiya ixtisaslarında illik təhsil haqqı 1500 manat, digər qeyd olunan ixtisaslarda isə 500 manat azalıb.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
XƏBƏR LENTİ
-
Tualet çənini akvariuma çevirdi – (Video)
-
Sürücülərin nəzərinə: Sürət həddi endirildi
-
Türkiyədə futbol hakimləri işi üzrə 5 nəfər tutuldu
-
Yağışlı havada bu qaydanı pozan sürücülər cərimələnir
-
Oktyabr 3 BÜRC üçün çətin keçəcək
-
Toyda gəlinlə bəyin əsəbi üz ifadələri gündəm oldu - (Video)
-
Kaşpirovski 87 yaşında vəfat etdi
-
Putinin bunu deməsi dünyanın zəifliyini göstərir - Zelenski
-
Bakının bu ərazisində 15 oktyabrdan maşınların hərəkəti tamamilə qadağandır
-
Əri Qumralla rəqs etdi, arvadı görün nə etdi... - (Video)
-
Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA
-
Bazar günü Bakıda leysan olacaq
-
Nənə-babanızdan qalan sovet pullarını yoxlayın: Bu əskinas az qala 2900 manata satılıb - (Foto)
-
Ronaldo ilə Jorje Jesus arasındakı qalmaqalla bağlı həqiqət açıqlandı
-
Zəngəzur dəhlizi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsinə töhfə verə bilər - Elçin Əmirbəyov
-
Bu ölkənin prezidenti 120 il yaşamaq istəyir
-
"Aygün xanım Namiqi bağışlasa da, mən bağışlaya bilmirəm" - (Video)
-
Məşhur aktyorun idarə etdiyi təyyarə yerə çırpıldı - Özü də, tələbəsi də öldü - (Foto)
-
Canlı yayım zamanı dəhşətli anlar - Jurnalistlər maşının altında qaldı - (Video)
-
Müəllimlərin yaş həddi ilə bağlı yeni məlumat
-
Qonşu ölkədə epidemiya şübhəsi: 197 nəfər nəzarətə götürüldü
-
Prezident İlham Əliyev İraq Prezidentini təbrik edib
-
İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb
-
Prezident İlham Əliyev almaniyalı həmkarını təbrik edib





