Rusiya Xarici İşlər Nazirliyi yaxın gələcəkdə Moskvada Rusiya, Azərbaycan və Ermənistan XİN başçılarının üçtərəfli görüşünün keçirilməsi perspektivlərini qiymətləndirib.
Milli.Az xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə belə görüşün keçirilməsi şanslarının çox yaxşı olduğunu bildirib.
O, ekspertlərin görüşün keçirilməsi üzərində çalışdıqlarını vurğulayıb.
Zaxarova, görüşün tarixi konkretləşdikdən sonra bunu mütləq şəkildə açıqlayacaqlarını əlavə edib.
Milli.Az