Siyasət

İlham Əliyev Gədəbəy hadisəsinin araşdırılması üçün bir həftə vaxt verdi - VİDEO

11 İyul 2023 20:10
Baxış: 1 780

Mən xəbər tutandan (Gədəbəy hadisəsindən - red.) sonra zəng edib Baş nazirə dedim ki, mütləq komissiya yarat və göndər hadisə yerinə getsin. Yaxşı, bunu mən deməli idim? Ekologiya naziri özü bilmirdi ki, oraya getməlidir?

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev 2023-cü ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bildirib.

Dövlətimizin başçısı Nazirlər Kabinetini, Ekologiya və Təbii Sərvətlər Nazirliyini tənqid edərək deyib: "Mən demişəm, gedin orada camaatla danışın, o torpağın, havanın nümunələrini götürün, beynəlxalq ekspertləri cəlb edin ki, - çünki nazirlik bir halda bu hadisənin səbəbkarı olub, ola bilər ki, işi malalasın, - onlar rəy versinlər, bu yataqların istismarı nə dərəcədə insanların sağlamlığına, təbiətə zərərlidir, ya zərərli deyil? Bu günə qədər cavab yoxdur".

Prezident tapşırıb ki, bir həftə ərzində həm ona, həm ictimaiyyətə məlumat verilməlidir və məsələ araşdırılmalıdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.