Siyasət

Hakan Fidan Azərbaycana səfərə gəlib

5 İyul 2023 09:31
Baxış: 858

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərə gəlib.

Milli.Az bildirir ki, o, Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər toplantısında iştirak edir.

H.Fidan həmçinin toplantı çərçivəsində keçiriləcək Qoşulmama Hərəkatının Fələstin Nazirlər Komitəsinin iclasına və Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə keçiriləcək tədbirə qatılacaq.

Qeyd edək ki, H.Fidan bu il iyunun 5-də Türkiyənin xarici işlər naziri təyin olunub.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.