Teşekkürler, Mevlüt bey...
Türkiyənin artıq sabiq xarici işlər naziri Mövlul Çavuoğlu dövlətlərmiz arasında strateji müttəfiqlik, qardaşlıq əlaqələrinin möhkəmlənməsində çox böyük xidmətləri və zəhməti olmuş insandır. Azərbaycanı ikinci vətəni hesab edən, ölkəmizlə bağlı hər xitabında "Can Azərbaycan" deyən Çavuşoğlunun dövlətimiz və millətimiz qarşısında xidmətlərini xalqımız unutmayacaq.
55 yaşlı Mövlud Çavuşoğlu. Təcrübəli diplomat, siyasətçi və dövlət xadimi... 2014-2023-cü illərdə Türkiyənin XİN başçısı, Türkiyə Böyük Millət Məclisinin 22-28-ci çağırışlarının deputatı.
2013-cü ilin yanvar-dekabr tarixlərində Ədalət və İnkişaf Partiyası sədrinin xarici işlərdən məsul katibi vəzifəsini icra edib. 2013-cü ildə TBMM Türkiyə-ABŞ və Türkiyə-Yaponiya parlamentlərarası dostluq qrupu rəhbəri olub.
2003-2014 illərində Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, Türkiyə heyəti rəhbərliyi, Miqrasiya, Qaçqınlar və Əhali Komitəsi rəhbərliyi, Miqrasiya alt komitəsi rəhbərliyi, Turizm İnkişaf Alt Komitəsi rəhbərliyi, Nəzarət Komitəsi, İqtisadi İşlər və İnkişaf Komitəsi, Hüquq və İnsan Haqqları Komitəsi, Siyasi İşlər və Demokratiya Komitəsi üzvlükləri kimi müxtəlif vəzifələri icra edib.
2010-2012 illərində AŞPA rəhbərliyinə seçilib, bu vəzifəyə yüksələn ilk türk parlament üzvü olub. 7 aprel 2014 tarixində AŞPA-nın fəxri üzvü adını alıb. 27 yanvar 2012-31 yanvar 2014 tarixləri arasında Venesiya Komissiyasında AŞPA-nı təmsil edib.
2007-2010-cu illərdə Avropa Təhlükəsizlik və Müdafiə Assambleyası (Qərbi Avropa Birliyi Assambleyası) Türk Heyəti Rəhbərliyi vəzifəsini icra edib. 26 dekabr 2013 - 29 avqust 2014 tarixlərində Avropa Birliyi Naziri və baş müzakirəçi olaraq fəaliyyət göstərib.
29 avqust 2014-30 avqust 2015 tarixlərində M.Çavuşoğlu 62-ci hökumətin xarici işlər naziri olaraq fəaliyyətini davam etdirib.
Daha sonra, 64 və 65-ci hökumətlərdə XİN başçısı olub.

9 iyul 2018-də Türkiyə prezident üsul-idarəsinə keçdikdən sonra bu sistem çərçivəsində ilk xarici işlər naziri olub.
Bu il Türkiyədə keçirilmiş parlament seçkilərində Antalyadan millət vəkili seçilib, Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimdən sonra XİN başçısı postunu tərk edib.
Bəhs etdiyimiz məlumatlar Mövlud Çavuşoğlunu dövlət xadimi kimi səciyyələndirir. Halbuki o, Türkiyənin ən peşəkar və bacarıqlı siyasətçilərindən biridir.
Daha konkret olsaq, M.Çavuşoğlu Türkiyədə iqtidarda olan Ədalət və İnkişaf Partiyasını (AKP) quranlardan biridir. Belə ki, o, 2001-ci ildə AKP-nin baniləri arasında yer almışdı.
Mövlud Çavuşoğlu çalışdığı bütün postlarda, fəaliyyət göstərdiyi bütün sahələrdə daim Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına çalışıb. AŞPA-dakı fəaliyyəti dönəmlərdə avropalı deputatlar onu kuluar söhbətlərində onu "Dəmir Adam" adlandırırdılar. Səbəb, türkiyəli siyasətçinin Azərbaycanla bağlı müzakirələrdə, habelə bəyanatların, qərarların və qətnamələrin müzakirlərəində birmənalı olaraq ölkəmizin mövqelərini müdafiə etməsi, işğalçı Ermənistana qarşı sərt çıxışlar etməsi idi.
Xələfi Əhməd Davudoğlunun aktiv və birbaşa iştirakı ilə Türkiyə ilə Ermənistan arasında Sürix protokolları imzalanandan sonra Azərbaycanın bu sənədin bəzi bəndlərinə etiraz etməsi, sonra isə erməni işğalında olan torpaqlarımız azad edilməyincə Ankara və İrəvan arasında hansısa yaxınlaşmanın, sərhədlərin açılmasının və ya diplomatik münasibətlərin qurulmasının yersiz, məntiqsiz və təhlükəli məqam olduğunu bəyan etməsindən sonra Mövlud Çavuşoğlunun davranışı, mövqeyi və açıqlamaları unudulmayıb.
Məhz o, Ə.Davudoğlunu XİN başçısı postunda əvəzləyəndən sonra Türkiyənin xarici siyasətində Azərbaycanla əlaqələri ən üst mövqeyə çıxardı, türkdilli dövlətlərlə və ümumiyyətlə, türk dünyası ilə genişmiqyaslı əlaqələrlə təmasları rəsmi Ankaranın diplomatiyasının strateji istiqamətinə, geostrategiyasının preambulasına çevirdi.
Mövlud Çavuşoğlu Azərbaycanın müxtəlif obyektiv səbəblərdən təmsil olunmadığı toplantılarda və tədbirlərdə daim Azərbaycanın nümayəndəsi kimi də çıxış etdi, dövlətimizin maraqlarının və xalqımızın mənafelərinin müdafiəçisi oldu.
Çavuşoğlunun qəlbində Azərbaycan sevgisi, şüurunda Azərbaycan tutqusu o qədər güclüdür ki, "bir millət, iki dövlət" prinsipinə əsaslanan əlaqələrimiz olan qardaş Türkiyədə belə o, "Azərbaycanın əlahiddə dəstəkçisi" kimi tanınır.
![]()
44 günlük İkinci Qarabağ Müharibəsi başlayan ilk gündən etibarən M.Çavuşoğlu haqq savaşımızda, Vətən cəngimizda yanımızda oldu, diplomatiya müstəvisində ölkəmizin uğruna əsl siyasi cəbhə açdı, zəhmətini və səylərini əsla əsirgəmədi.
Türkiyəli diplomatlardan biri demişdi: "Cənab Çavuşoğlu ölkəmizin xaricdəki bütün səfirlərinə tapşırmışdı: "Çalışdığınız ölkədə Ankaradan təlimat və göstəriş gözləmədən Azərbaycanın yanında olmalısınız, Azərbaycana gərəkli bütün dəstəyi verməlisiniz, Azərbaycan üçün qüvvənizi və vaxtınızı əsirgəməməlisiniz".
Gerçəkdən də, belədir: Türkiyənin istənilən ölkədəki diplomatik nümayəndəliyinin rəhbəri həm də sanki Azərbaycan səfiri kimi çalışır, dövlətlərimizin və xalqlarımızın qardaşlığını unutmur.
Onlar bilavasitə rəhbərlərindən, nazir Mövlud Çavuşoğludan nümunə götürürdülər.
Türkiyənin artıq sabiq XİN başçısı eyni zamanda, Rəcəb Tayyib Ərdoğanın yürütdüyü siyasətin dünya miqyasında ən fəal təbliğatçısı, usanmaz təşviqatçısı olub.
Bunu türkiyəli nazirin əcnəbi həmkarları, siyasi ekspertlər ilə yanaşı, Qərb mediası da dəfələrlə etiraf edib
Mövlud Çavuşoğlu usta diplomat, bacarıqlı nazir olmaqla bahəm, həm də Vətəninin oğlu, ulusunun insanıdır.
Türkiyəni vuran dağıdıcı zəlzələnin ilk günlərindən o, yeraltı təkanlar nəticəsində evləri viran qalan, ailə üzvlərin itirən insanların yanında idi.
Çadırlarda gecələdiyi də oldu, hətta xilasedicilərlə birlikdə dağıntıların altındakı insanların həyatını qurtarmaqda da çalışdı.
Adi insan, vətəndaş, xalqın adamı kimi.
O, artıq xarici işlər naziri deyil.

Olsun.
Mövlud Çavuşoğlu xalqın bağrından qopan xalq insanı, dövlət adamı, Ədalət və İnkişaf Partiyasının ən önəmli fiqurlarından biri, Türkiyə siyasətinin "ağır topu"dur.
Düşmənlər ondan ehtiyat edir, rəqiblər çəkinir, xalq isə sevir.
Azərbaycanda isə Mövlud Çavuşoğlu sonsuz sayğı qazanmış insan, böyük şəxsiyyətdir.
Azərbaycan üçün çəkdiyiniz zəhmətləri, yuxusuz gecələri, əməyinizi, sevginizi, sədaqətinizi və saf amalınızı halal edin, Mövlud bəy!
Azərbaycan sizi oğul bilir, bu Vətən sizi oğul kimi sevir.
Elçin Alıoğlu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Mourinyo Trent Aleksander-Arnoldla bağlı qərar verdi
-
Ermənistan XİN rəhbəri ilə yaxın zamanda görüş keçirilə bilər - Nazir
-
Prezident İlham Əliyev: Azərbaycan-Tacikistan qardaşlığının yeni məzmunla zənginləşməsi məmnunluq doğurur
-
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
-
Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Makedoniya Prezidentini təbrik edib
XƏBƏR LENTİ
-
Çempionlar Liqası: “Barselona” “Feyenoord”u darmadağın edib
-
Almaniyada futbolçu qıza görə komanda yoldaşını öldürdü
-
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
-
İsko UEFA Çempionlar Liqasında eyni ölkənin 5 klubunda oynayan ilk futbolçu olub
-
Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib - (Foto)
-
Evi yandırıldı, babası öldürüldü, amma o, təslim olmadı: Luka Modriçin həyat hekayəsi - (Foto)
-
Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb - (Video)
-
Alkoqollu içkilərin idxal rüsumlarına dəyişiklik edilib
-
Sabah Yasamal və Qaradağda qaz olmayacaq
-
6 dəqiqə ölü qaldı, sonra Tanrıya inandı
-
Zöhrab Zeynallı vəfat edib - (Foto)
-
“Bu, sənin anşlaqındır...” – Bakıda səhnə ustası, Xalq artisti Aleksandr Şarovski ilə vida mərasimi keçirilib - (Foto)
-
“Canəli Əkbərovla Səməd Səmədovu efirə buraxmırdılar” - Əli Mirəliyev
-
Holand yayda "Real" əvəzinə "Barselona"ya keçə bilər
-
Gömrükdən keçirilən malların və avtomobillərin bəyan edilməsi qaydaları dəyişdirilib
-
Dünyanın ən quraq səhrasında nadir hadisə - Hər yer çiçəklədi
-
Oruc Qasımov vəfat etdi - (Foto)
-
Netanyahu təkzib etdi, “Haaretz”i məhkəməyə verir
-
“Bu hadisə milyonda bir belə olmur, şokdayıq” - “Şəki yaylası”nın direktoru
-
İlon Maskla bağlı sensasion iddialar: “Vətəndaş müharibəsinə qədər...”
-
Zubir “Qarabağ”a qayıdır? – Rəsmi
-
Ana qolları olmadığı üçün körpəsindən imtina etdi
-
“Yaşıl Teatr” və Bakı Şəhər Bələdiyyə Teatrı Mədəniyyət Nazirliyinin tabeliyinə verilib
-
Neftin qiymətinin 200 dollara yüksəlməsi mümkündür





