Siyasət

Prezident: Kibertəhlükəsizlik sahəsində Azərbaycan ilə İsrail arasında çox fəal qarşılıqlı ünsiyyətə start verilib

30 May 2023 14:58
Baxış: 558

Bu yaxınlarda əməkdaşlığımızı genişləndirməyə başladığımız sahələrdən biri də kibertəhlükəsizlik sahəsidir. Biz çox şadıq ki, hazırda bu sahədə çox fəal qarşılıqlı ünsiyyətə start verilib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev mayın 30-da İsrail Prezidenti İsxak Hersoq ilə birlikdə mətbuata bəyanatında deyib.

Kibertəhlükəsizliyin hər bir ölkənin milli təhlükəsizliyinin mühüm tərkib hissəsini təşkil etdiyini vurğulayan dövlətimizin başçısı bildirib: "Şübhəsiz ki, İsrail şirkətlərinin bu sahədə topladıqları böyük təcrübə bizim üçün də faydalı olacaqdır. Gənc nəslin nümayəndələrinə təlimlərin keçirilməsi və təhsil verilməsi məqsədlərimizə nail olmaq və bizi mövcud təhdidlərdən qorumaq üçün əsas amil olacaqdır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.