Siyasət

Azərbaycan yeni-yeni nailiyyətlər qazanacaq - Pekin

27 May 2023 18:59
Baxış: 666

Prezident İlham Əliyevin liderliyində Azərbaycan milli maraqlarına uyğun olaraq inkişaf yolunda inamla irəliləyir.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bunu Çinin xarici işlər nazirinin müavini Ma Caosu Pekində Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilən tədbirdə deyib.

O, əmin olduğunu vurğulayıb ki, zəhmətkeş və müdrik Azərbaycan xalqı yeni-yeni nailiyyətlər qazanacaq.

Müstəqillik Günü münasibətilə Azərbaycan xalqını təbrik edən Çinin xarici işlər nazirinin müavini Ma Caosu, ötən ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində keçirilmiş görüşdə dövlət başçıları Si Szinpin və İlham Əliyevin ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı, qarşılıqlı etimadın və dəstəyin gücləndirilməsi ilə bağlı razılıq əldə etdiklərini xatırladıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.