Heydər Əliyev özündən sonra möhkəm təməl qoydu - Viktor Sadovniçi
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Azərbaycan xalqının dahi oğlu, dünyaşöhrətli dövlət və siyasət xadimi, iki dəfə Sosialist Əməyi Qəhrəmanı, müdrik, hörmətli və alicənab lider, böyük insan, öz xalqının xoşbəxtliyi və rifahı uğrunda yorulmaz mübariz Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 ili tamam olub. İcazə verin, bu əlamətdar yubiley münasibətilə Zati-alinizi və Azərbaycan xalqını səmimi-qəlbdən təbrik edim.
Siyasi müdrikliyi sayəsində hələ sağlığında canlı əfsanəyə çevrilən Heydər Əlirza oğlu Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinə nail olmaqla, öz xalqına demokratik və hüquqi dövlətdə yaşamaq imkanı hədiyyə etdi. O, öz xalqının xoşbəxt gələcəyi üçün bütün zəruri şəraiti yaradaraq, özündən sonra möhkəm təməl qoydu.
Fəxr edirəm ki, Heydər Əliyev kimi görkəmli, zəhmətsevər şəxsiyyətlə çiyin-çiyinə işləmək və fəaliyyət göstərmək mənə nəsib olub. Mən onunla görüşlərimi xüsusi səmimiyyətlə və hörmətlə xatırlayıram, sevinirəm ki, o, mənim üçün əsl müdrik müəllim və gözəl dost olub. Heydər Əliyevin çoxsaylı dövlət mükafatları və təltifləri arasında Moskva Universitetinin Fəxri professoru - bizim universitetin ali mükafatının olması təhsil ocağımızda çalışan insanlar üçün xüsusi fəxrdir.
Çox hörmətli İlham Heydər oğlu, biz aydın şəkildə görürük ki, böyük respublikanın bu günü və gələcəyi möhkəm və etibarlı əllərdədir. Siz öz atanızın işini şərəflə, ləyaqətlə davam etdirir və səylərinizi əsirgəməyərək ölkəni inkişaf və tərəqqiyə doğru aparırsınız.
Biz Heydər Əlirza oğlunu, onun açıqfikirliliyini, sevdiyi işə sədaqətini, səmimiyyəti və sonsuz fədakarlığını, gələcək nəsillərin bəhrəsini görəcəyi vicdanlı əməyini heç vaxt unutmayacağıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
-
İsveçrə Azərbaycanın konstruktiv rolunu yüksək qiymətləndirir - İqnasio Kassis
-
Azərbaycan Mərkəzi Asiyada yeni geosiyasi çəkisini möhkəmləndirir
-
Makronun iflic etdiyi Fransanın Azərbaycansız kölələri: onlar susmurlar, çünki…
-
Əli Əsədov yeni qərar imzaladı
-
Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə protokolu təsdiqləyib
XƏBƏR LENTİ
-
Plov bişirərkən 1 qaşıq əlavə edin: dən-dən qalacaq
-
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib - nəticələr
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
-
Ermənistanın bir hissəsi işıqsız qaldı
-
21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni detallar
-
Bəzi ərazilərdə işıq kəsiləcək
-
9-cu sinif şagirdi vəfat etdi (Foto)
-
Kıvanç Tatlıtuğ səyyah olur: Həm gəzəcək, həm də pul qazanacaq
-
Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat
-
Zaur Baxşəliyev verilişinin bağlanma səbəbindən danışdı (Video)
-
20 kiloqram pomidordan neçə banka tomat pastası çıxır?
-
Himalay və ya qaya duzu deyilmiş: Ən sağlam duz açıqlandı
-
Hüseyn Həsənovun vəkilindən 4 illik həbs hökmü ilə bağlı açıqlama - Yenilənib
-
Təranə Səmədovanın uşaq evində olan qızı - (Video)
-
Kaxa Kaladzedən NATO açıqlaması: "Gürcüstan və Ukraynanı illərdir aldadıblar"
-
Türkiyədə tanınmış teleaparıcı Tahir Sarıkaya həbs edildi (Foto)
-
Füzulinin iki kəndində güclü yanğın başlayıb (Foto)
-
Məhəmməd Salah “Trabzonspor”da
-
Bu tarixdən havalar dəyişir - İstilər bitir
-
"Air India" təyyarəsi burulğana düşüb, xəsarət alanlar var
-
Tanınmış həkimin səs yazısı yayıldı - iddia
-
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
-
Kirayə mənzillər cəmi 16 dəqiqədə bitdi
-
3 mindən çox sakin susuzluqdan əziyyət çəkir





