İlham Əliyevə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə məktublar gəlməkdə davam edir
İsrailin "Israel Aerospace Industries" şirkətinin prezidenti və baş icraçı direktoru Boaz Levi Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
Zati-aliləri, Prezident İlham Heydər oğlu Əliyev!
"Israel Aerospace Industries" şirkətinin kollektivi adından və şəxsən öz adımdan Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.
Heydər Əliyevin Azərbaycanın və regionun inkişafına verdiyi töhfələr ölçüyəgəlməzdir. Onun dövlətçilik irsi yeni nəsil liderləri və vətəndaşları ilhamlandırmaqda davam edir. Ulu Öndərin uzaqgörən liderliyi, xalqına olan davamlı sadiqliyi, eləcə də müxtəlif sahələrdəki müstəsna nailiyyətləri Azərbaycana və regiona çox əhəmiyyətli təsir göstərmişdir.
"Israel Aerospace Industries" şirkəti olaraq biz ölkələrimiz arasında möhkəm dostluğu və əməkdaşlığı yüksək qiymətləndiririk. Bu əməkdaşlığa əhəmiyyətli töhfələr verməyimizlə fəxr edir və ölkələrimizin qarşılıqlı səmərəli mənafeyi naminə tərəfdaşlığımızın daha da möhkəmləndirilməsinə sadiq qaldığımızı bildiririk. Biz ölkələrimiz üçün daha parlaq və daha təhlükəsiz gələcək qurmaq məqsədilə birlikdə işləməyə davam etməyə ümidvar olduğumuzu bildiririk.
Bu əlamətdar yubiley münasibətilə Sizə bir daha ən səmimi salamlarımızı və təbriklərimizi çatdırırıq. Biz Sizə, Azərbaycan xalqına qarşıdakı illərdə davamlı uğurlar və rifah arzulayırıq.
xxx
Bütün Gürcüstanın Katolikos-patriarxı, Mtsxeta və Tbilisi arxiyepiskopu, Pitsunda, Suxumi və Abxaziya mitropoliti II İliya Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Məktubda deyilir:
Hörmətli cənab Prezident!
Zati-alinizi Gürcüstan kilsəsi adından və şəxsən öz adımdan ürəkdən salamlayıram. Sizi dünya səviyyəli tanınmış siyasət və dövlət xadimi, dahi şəxsiyyət Prezident Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təbrik edirəm.
Yüz il əvvəl Naxçıvanda anadan olmuş bu böyük insan tarixə mühüm töhfələr verdi və həmçinin Azərbaycan üçün rəmzə çevrildi. Qeyd edilməlidir ki, Heydər Əliyev titanik fəaliyyəti ilə həm sovet, həm də postsovet dövründə öz köklərini unutmurdu və hər zaman Vətəninin böyük pərəstişkarı idi. Öz xalqının ona olan dərin məhəbbəti onun ən böyük vəzifəni tərk edərək xalqın istəyi ilə Vətənə qayıtması və bütün gücünü ağır vəziyyətdə olan ölkəsinə sərf etməsindən qaynaqlanır. Məhz bu davranış onun yenidən irəliləməsinə səbəb oldu ki, bu da Azərbaycanın dirçəlməsi üçün həyata keçirilən növbəti olduqca əhəmiyyətli onillik dövrlə əlaqədardır. Buna görə də o, öz xalqı və beynəlxalq ictimaiyyət tərəfindən sevilən hörmətli şəxsiyyətə çevrildi.
Siz onun yolunu uğurla davam etdirirsiniz, cənab Prezident. Bunun nəticəsidir ki, Azərbaycan artıq son 20 ildir uğurları, quruculuğu və əmin-amanlığı ilə seçilir.
Cənab Heydər Əliyevin və cənab Eduard Şevardnadzenin fəaliyyətləri eyni dövrə təsadüf edir. Onların səmimi əlaqələri ölkələrimizin və xalqlarımızın dostluğuna səbəb olmuşdur. Bunun nəticəsidir ki, Tbilisidə Kür çayının sağ sahilində bir mərkəzi bölməyə Heydər Əliyevin adı verildi.
Tanrıya şükürlər olsun ki, ölkələrimiz arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələri yenə də davam edir. Ümid edirəm ki, hörmət və ədalətə əsaslanan bu münasibətlər gələcəkdə daha da dərinləşəcəkdir.
Bir daha Sizi və bütün Azərbaycan xalqını cənab Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə təbrik edir, ölkənizə xoşbəxt gələcək arzulayıram.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
-
İsveçrə Azərbaycanın konstruktiv rolunu yüksək qiymətləndirir - İqnasio Kassis
-
Azərbaycan Mərkəzi Asiyada yeni geosiyasi çəkisini möhkəmləndirir
-
Makronun iflic etdiyi Fransanın Azərbaycansız kölələri: onlar susmurlar, çünki…
-
Əli Əsədov yeni qərar imzaladı
-
Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə protokolu təsdiqləyib
XƏBƏR LENTİ
-
Plov bişirərkən 1 qaşıq əlavə edin: dən-dən qalacaq
-
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib - nəticələr
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
-
Ermənistanın bir hissəsi işıqsız qaldı
-
21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni detallar
-
Bəzi ərazilərdə işıq kəsiləcək
-
9-cu sinif şagirdi vəfat etdi (Foto)
-
Kıvanç Tatlıtuğ səyyah olur: Həm gəzəcək, həm də pul qazanacaq
-
Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat
-
Zaur Baxşəliyev verilişinin bağlanma səbəbindən danışdı (Video)
-
20 kiloqram pomidordan neçə banka tomat pastası çıxır?
-
Himalay və ya qaya duzu deyilmiş: Ən sağlam duz açıqlandı
-
Hüseyn Həsənovun vəkilindən 4 illik həbs hökmü ilə bağlı açıqlama - Yenilənib
-
Təranə Səmədovanın uşaq evində olan qızı - (Video)
-
Kaxa Kaladzedən NATO açıqlaması: "Gürcüstan və Ukraynanı illərdir aldadıblar"
-
Türkiyədə tanınmış teleaparıcı Tahir Sarıkaya həbs edildi (Foto)
-
Füzulinin iki kəndində güclü yanğın başlayıb (Foto)
-
Məhəmməd Salah “Trabzonspor”da
-
Bu tarixdən havalar dəyişir - İstilər bitir
-
"Air India" təyyarəsi burulğana düşüb, xəsarət alanlar var
-
Tanınmış həkimin səs yazısı yayıldı - iddia
-
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
-
Kirayə mənzillər cəmi 16 dəqiqədə bitdi
-
3 mindən çox sakin susuzluqdan əziyyət çəkir





