Ravil Qaynutdin Prezident İlham Əliyevə məktub göndərib
Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin sədri, Rusiya Prezidenti yanında Dini Birliklərlə Qarşılıqlı Fəaliyyət Şurasının üzvü müfti şeyx Ravil Qaynutdin Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevə məktub göndərib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin adından və şəxsən öz adımdan Sizi və bütün qardaş Azərbaycan xalqını əlamətdar tarix - Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm.
Sovet İttifaqının rəhbərlərindən biri olmuş, ağır sınaq illərində Azərbaycana başçılıq etmiş xalqın görkəmli oğlunun xatirəsi bir çox ölkələrdə hörmətlə anılır. Rusiya müsəlman ruhaniləri də göndərilən təbriklərə dərin ehtiramla qoşulurlar. Məhz bu yubileyə müxtəlif tədbirlər həsr olunub, onların arasında bizim Moskva İslam İnstitutunda Azərbaycan alimlərinin, tanınmış mədəniyyət və elm xadimlərinin iştirak etdikləri Azərbaycan Elm və Mədəniyyət Günləri də var.
Sizin rəhbərliyinizlə qazanılan şəksiz qələbələr və Azərbaycanın parlaq uğurları bizdə xüsusi sevinc hissi doğurur. Azərbaycanın iqtisadi, siyasi, mədəni uğurları əsası Heydər Əliyev tərəfindən qoyulmuş təşəbbüslərin davamlılığının ən yaxşı təsdiqidir. Biz bunu Rusiya və Azərbaycan xalqları arasında tarixi qardaşlıq münasibətlərinin inkişafı və möhkəmlənməsində, konfessiyalara və millətlərə ardıcıl dövlət dəstəyində sevinclə müşahidə edirik.
Çox hörmətli Heydər Əliyevin öz xalqı, Vətəninin tərəqqisi, şöhrəti naminə fədakar xidmətləri xüsusi qeyd edilməlidir. Bu dahi dövlət xadiminin 100 illik yubileyinin qeyd olunduğu bu günlərdə Uca Allaha ona öz mərhəmətini bəxş etməsi üçün dua edirəm".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
-
İsveçrə Azərbaycanın konstruktiv rolunu yüksək qiymətləndirir - İqnasio Kassis
-
Azərbaycan Mərkəzi Asiyada yeni geosiyasi çəkisini möhkəmləndirir
-
Makronun iflic etdiyi Fransanın Azərbaycansız kölələri: onlar susmurlar, çünki…
-
Əli Əsədov yeni qərar imzaladı
-
Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə protokolu təsdiqləyib
XƏBƏR LENTİ
-
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib - nəticələr
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
-
Ermənistanın bir hissəsi işıqsız qaldı
-
21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni detallar
-
Bəzi ərazilərdə işıq kəsiləcək
-
9-cu sinif şagirdi vəfat etdi (Foto)
-
Kıvanç Tatlıtuğ səyyah olur: Həm gəzəcək, həm də pul qazanacaq
-
Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat
-
Zaur Baxşəliyev verilişinin bağlanma səbəbindən danışdı (Video)
-
20 kiloqram pomidordan neçə banka tomat pastası çıxır?
-
Himalay və ya qaya duzu deyilmiş: Ən sağlam duz açıqlandı
-
Hüseyn Həsənovun vəkilindən 4 illik həbs hökmü ilə bağlı açıqlama - Yenilənib
-
Təranə Səmədovanın uşaq evində olan qızı - (Video)
-
Kaxa Kaladzedən NATO açıqlaması: "Gürcüstan və Ukraynanı illərdir aldadıblar"
-
Türkiyədə tanınmış teleaparıcı Tahir Sarıkaya həbs edildi (Foto)
-
Füzulinin iki kəndində güclü yanğın başlayıb (Foto)
-
Məhəmməd Salah “Trabzonspor”da
-
Bu tarixdən havalar dəyişir - İstilər bitir
-
"Air India" təyyarəsi burulğana düşüb, xəsarət alanlar var
-
Tanınmış həkimin səs yazısı yayıldı - iddia
-
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
-
Kirayə mənzillər cəmi 16 dəqiqədə bitdi
-
3 mindən çox sakin susuzluqdan əziyyət çəkir
-
Bakıda "yararsızdır" qərarı verilən gənci əsgər aparıblar? - Agentlik məsələyə aydınlıq gətirdi





