Heydər Əliyev Azərbaycanın irəlidəki onilliklər ərzində uğurlu inkişafı üçün möhkəm təməl qoyub - Bolqarıstanın keçmiş prezidenti
Heydər Əliyev Azərbaycanın irəlidəki onilliklər ərzində uğurlu inkişafı üçün möhkəm təməl qoyub.
Bu barədə Trend-ə Bolqarıstanın keçmiş prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvü Petar Stoyanov Trend BİA və NGBM-in birgə layihəsi olan "Heydər Əliyev irsi" layihəsi çərçivəsində deyib.
"Heydər Əliyevin siyasi müdrikliyi, həmçinin müstəqil Azərbaycanın təməlini qoyduğu iradəsi məndə həmişə böyük təəssürat doğurub. 1999-cu ilin dekabrında ölkəmin nisbətən gənc Prezidenti olduğum vaxtlarda Prezident Heydər Əliyevin dəvətilə Bakıya səfər etdim. Bizim olduqca məhsuldar və maraqlı müzakirələrimiz, o cümlədən təkbətək görüşümüz oldu. İkitərəfli əlaqələrimizi, əməkdaşlığımızın gələcək inkişafının əsas aspektlərini və Bolqarıstan-Azərbaycan dostluğunun möhkəmlənməsini ətraflı müzakirə etdik", - o deyib.
Bolqarıstanın keçmiş prezidentinin qeyd etdiyi kimi, bu mürəkkəb dövrdə Prezident Heydər Əliyev təkcə ölkənin cari problemlərini həll etməyi deyil, həm də yaxın 40-50-100 ildə ölkənin inkişafının təməlini qoymağı hədəfləyib.
"Ulu Öndər Heydər Əliyev sayəsində strateji cəhətdən üstün mövqeyə malik ölkə olan Azərbaycan tarixi İpək Yolunun bərpası üzrə TRACECA proqramında mühüm faktor olaraq öz rolunu təsdiqlədi. Düşünürəm ki, bu keyfiyyət, yəni uzaqgörənlik Azərbaycan rəhbərliyinin ən mühüm elementi idi", - deyə o qeyd edib.
Stoyanov əlavə edib ki, yaş və təcrübə fərqinə baxmayaraq, son dərəcə savadlı həmsöhbət kimi Prezident Heydər Əliyevlə ünsiyyət ona həmişə maraqlı olub.
"Heydər Əliyevin postsovet məkanının gələcəyinə dair misilsiz təcrübəsi və görüşləri var idi. O, mənim ölkəmə ənənələr baxımından Azərbaycana yaxın olduğu üçün, lakin bundan da əhəmiyyətlisi, qarşımızda duran ümumi vəzifələrlə bağlı olaraq böyük məhəbbət bəsləyirdi", - Stoyanov deyib.
Bolqarıstanın keçmiş prezidenti qeyd edib ki, Azərbaycan xalqının Heydər Əliyevi Ümummilli Lider adlandırması heç də təsadüfi deyil.
"Sovet İttifaqı dağıldıqdan sonra Heydər Əliyev ölkəsinin inkişafında və rifahında - müstəqilliyin əldə oldunmasındakı tarixi nailiyyətlərdən tutmuş unikal enerji layihələrinə, iri xarici investorların cəlb olunmasına və Böyük İpək Yolunun bərpasına qədər həlledici rol oynayıb. Azərbaycanın bütün bu tarixi nailiyyətləri Heydər Əliyevin adı və şəxsiyyəti ilə bağlıdır", - deyə o sonda deyib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
-
İsveçrə Azərbaycanın konstruktiv rolunu yüksək qiymətləndirir - İqnasio Kassis
-
Azərbaycan Mərkəzi Asiyada yeni geosiyasi çəkisini möhkəmləndirir
-
Makronun iflic etdiyi Fransanın Azərbaycansız kölələri: onlar susmurlar, çünki…
-
Əli Əsədov yeni qərar imzaladı
-
Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə protokolu təsdiqləyib
XƏBƏR LENTİ
-
Plov bişirərkən 1 qaşıq əlavə edin: dən-dən qalacaq
-
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib - nəticələr
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
-
Ermənistanın bir hissəsi işıqsız qaldı
-
21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni detallar
-
Bəzi ərazilərdə işıq kəsiləcək
-
9-cu sinif şagirdi vəfat etdi (Foto)
-
Kıvanç Tatlıtuğ səyyah olur: Həm gəzəcək, həm də pul qazanacaq
-
Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat
-
Zaur Baxşəliyev verilişinin bağlanma səbəbindən danışdı (Video)
-
20 kiloqram pomidordan neçə banka tomat pastası çıxır?
-
Himalay və ya qaya duzu deyilmiş: Ən sağlam duz açıqlandı
-
Hüseyn Həsənovun vəkilindən 4 illik həbs hökmü ilə bağlı açıqlama - Yenilənib
-
Təranə Səmədovanın uşaq evində olan qızı - (Video)
-
Kaxa Kaladzedən NATO açıqlaması: "Gürcüstan və Ukraynanı illərdir aldadıblar"
-
Türkiyədə tanınmış teleaparıcı Tahir Sarıkaya həbs edildi (Foto)
-
Füzulinin iki kəndində güclü yanğın başlayıb (Foto)
-
Məhəmməd Salah “Trabzonspor”da
-
Bu tarixdən havalar dəyişir - İstilər bitir
-
"Air India" təyyarəsi burulğana düşüb, xəsarət alanlar var
-
Tanınmış həkimin səs yazısı yayıldı - iddia
-
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
-
Kirayə mənzillər cəmi 16 dəqiqədə bitdi
-
3 mindən çox sakin susuzluqdan əziyyət çəkir





