Siyasət

“Vaşinqtondan ümidverici xəbər var" - Avropa İttifaqının xüsusi nümayəndəsi

6 May 2023 09:22
Baxış: 1 030

Avropa İttifaqı Azərbaycan və Ermənistan XİN başçılarının ABŞ-da keçirilən danışıqlarını alqışlayır.

Milli.Az xəbər verir ki, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar "Twitter" hesabında bildirib.

"Vaşinqtondan ümidverici xəbər var. Avropa İttifaqı 4 günlük danışıqlarda Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin davamlı əlaqəsini alqışlayır. Tərəqqi yalnız dialoq yolu ilə əldə edilə bilər. Biz Ermənistan və Azərbaycan ilə birlikdə olmağa və davamlı sülh axtarışında tərəfdaşlarımızla işləməyə davam edirik", - deyə o qeyd edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.