Xoşbəxt xalqıq ki, Heydər Əliyev kimi ulu öndərimiz var - Elşad Həsənov - VİDEO - FOTO
Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun Heydər Əliyev kimi ulu öndəri var. Heydər Əliyev istər təhlükəszilik orqanlarında ən kiçik vəzifədən sədr vəzifəsinə qədər, istərsə də Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün uğurlarını öz biliyi, bacarığı, qətiyyəti ilə qazanıb.
Bu fikirləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif layihəsinə müsahibəsində təhlükəsizlik orqanlarının və 1-ci Qarabağ müharibəsinin veteranı, polkovnik Elşad Həsənov bildirib.
O, əlavə edib ki, Heydər Əliyev təhlükəsizlik orqanlarında çalışarkən azərbaycançılıq ideyalarını irəli sürməyə başlayıb
"Həmin dövrdə xüsusi xidmət orqanlarında azərbaycanlıların sayı çox az idi. Heydər Əliyev orqanların milliləşməsinə başladı. Ulu öndərdə dövlətçilik ideyaları çox güclü olduğuna görə o, sonrakı illərdə də dövlətinə, xalqına, vətəninə şərəflə xidmət etdi. Təsəvvür edin, Sovet Azərbaycanı ittifaq səviyyəsində bütün sahələrdə geri qalırdı. Amma Heydər Əliyev ölkəyə rəhbərlik etməyə başlayandan Azərbaycan Sovetlər məkanında ən qabaqcıl ölkyə çevrildi. Müstəqillik illərində, xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gələndə də Heydər Əliyev həyatını ölkənin inkişafına həsr etdi. Fəxr edirəm ki, həmin illərdə ulu öndərlə çalışmaq xoşbəxtliyi mənə də nəsib olub. Bir çox səfərlərdə Heydər Əliyevi müşaiyət edən heyətin tərkibində mən də olmuşam. Bundan başqa elə cinayət işləri var idi ki, onların araşdırılmasına, aparılan əməliyyat-istintaq tədbirlərinə ulu öndər şəxsən nəzarət edirdi. Dövlət çevrilişinə cəhdlə bağla cinayət işinin araşdırılması işində mən də iştirak edirdim. Biz çevrilişə cəhddə iştirak edən şəxsləri müəyyən etdik, qonşu ölkələrdən birində saxlayıb Azərbaycana gətirdik. Bu uğura görə ulu öndər bizi müxtəlif orden və medallarla təltif etdi. Yəni, Heydər Əliyev işinin çoxluğuna baxmayaraq bizim fəaliyyətimizi nəzarətdə saxlayırdı. Eyni zamanda da qiymətləndirirdi. O, qayğıkeş insan idi. Görülən işə qiymət verirdi. Heydər Əliyev ömrünü xalqına, dövlətinə bağışlayıb, ölkəsi üçün yaşayıb. Ona görə də xalqımız ulu öndəri əbədi olaraq xatırlayacaq, ona dərin hörmət və ehtiram bəsləyəcək", - deyə o, əlavə edib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Gömrük Məcəlləsinə dəyişiklikləri təsdiqləyib
-
İsveçrə Azərbaycanın konstruktiv rolunu yüksək qiymətləndirir - İqnasio Kassis
-
Azərbaycan Mərkəzi Asiyada yeni geosiyasi çəkisini möhkəmləndirir
-
Makronun iflic etdiyi Fransanın Azərbaycansız kölələri: onlar susmurlar, çünki…
-
Əli Əsədov yeni qərar imzaladı
-
Prezident İlham Əliyev Fələstinin Azərbaycandakı Səfirliyinə maliyyə yardımının göstərilməsi barədə protokolu təsdiqləyib
XƏBƏR LENTİ
-
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib - nəticələr
-
Türkiyə ordusunda bir ilk: Polkovnik Özlem Karapınar general oldu
-
Ermənistanın bir hissəsi işıqsız qaldı
-
21 yaşlı Niyazın faciəli ölümü ilə bağlı yeni detallar
-
Bəzi ərazilərdə işıq kəsiləcək
-
9-cu sinif şagirdi vəfat etdi (Foto)
-
Kıvanç Tatlıtuğ səyyah olur: Həm gəzəcək, həm də pul qazanacaq
-
Günün qoroskopu: İçindəki uşaqlıq həyəcanını oyat
-
Zaur Baxşəliyev verilişinin bağlanma səbəbindən danışdı (Video)
-
20 kiloqram pomidordan neçə banka tomat pastası çıxır?
-
Himalay və ya qaya duzu deyilmiş: Ən sağlam duz açıqlandı
-
Hüseyn Həsənovun vəkilindən 4 illik həbs hökmü ilə bağlı açıqlama - Yenilənib
-
Təranə Səmədovanın uşaq evində olan qızı - (Video)
-
Kaxa Kaladzedən NATO açıqlaması: "Gürcüstan və Ukraynanı illərdir aldadıblar"
-
Türkiyədə tanınmış teleaparıcı Tahir Sarıkaya həbs edildi (Foto)
-
Füzulinin iki kəndində güclü yanğın başlayıb (Foto)
-
Məhəmməd Salah “Trabzonspor”da
-
Bu tarixdən havalar dəyişir - İstilər bitir
-
"Air India" təyyarəsi burulğana düşüb, xəsarət alanlar var
-
Tanınmış həkimin səs yazısı yayıldı - iddia
-
Mingəçevirdə 14 yaşlı yeniyetmə kanalda batıb
-
Kirayə mənzillər cəmi 16 dəqiqədə bitdi
-
3 mindən çox sakin susuzluqdan əziyyət çəkir
-
Bakıda "yararsızdır" qərarı verilən gənci əsgər aparıblar? - Agentlik məsələyə aydınlıq gətirdi





