İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən Türkiyə idmançıları "Tərəqqi" medalı ilə təltif ediliblər.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, Cansu Bektaş, Qamze Altun və Nuray Güngör "Tərəqqi" medalı ilə təltif ediliblər.
Milli.Az