İlham Əliyev İrəvanda qələbələrini Azərbaycana həsr etmiş Türkiyə atletlərini təltif etdi - SƏRƏNCAM

28 Aprel 2023 13:37

İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən Türkiyə idmançıları "Tərəqqi" medalı ilə təltif ediliblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, Cansu Bektaş, Qamze Altun və Nuray Güngör "Tərəqqi" medalı ilə təltif ediliblər.

Milli.Az