Siyasət

İlham Əliyev: Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq

25 Aprel 2023 19:17
Baxış: 584

Biz yerli qazpaylayıcı sistemin qurulması məqsədilə Albaniya ilə danışıqlar prosesindəyik. Eyni zamanda, Slovakiya "Həmrəylik Halqası"nın üzvü kimi, əminəm ki, yaxın vaxtlarda enerji sahəsində tərəfdaşımıza çevriləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sofiyada "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan) və "Eustream" (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu"nun imzalanması mərasimində söyləyib.

Azərbaycanın qaz təchizatının coğrafiyasını ən azı 10 ölkəyə qədər genişləndirəcəyini deyən dövlətimizin başçısı bildirib: "Mən "ən azı" ona görə deyirəm ki, fikrimcə, bu, planların sonu deyil. Biz Avropanın qaz bazarında fəaliyyətimizi daha da genişləndirməyi planlaşdırırıq".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.