Siyasət

Bayrağa görə üzr istəyən deputata TƏZYİQLƏR ARTIR: Təhqir olunur...

15 Aprel 2023 20:27
Baxış: 1 659

Ermənistan Parlamentinin üzvü Hovik Ağazaryan İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılması insidenti ilə bağlı üzr istəməsitylə bağlı məlumat vermişdik.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, deputatın bu açıqlaması sosial şəbəkələrin Ermənistan seqmentində birmənalı qarşılanmayıb, bu etiraf ona baha başa gəlib. Belə ki, ermənilər növbəti dəfə öz dözümsüzlüyünü, barbarlığını nümayiş etdiriblər. Paylaşımının rəy hissəsində deputatın ünvanına olduqca kəskin tənqid və təhqirlər yazıblar.

Qeyd edək ki, erməni deputat bu barədə sosial şəbəkədə paylaşım edib: "Mən bir vətəndaş və deputat kimi xalqımdakı vəhşi və barbar tayfaların təzahürlərini tamamilə aradan qaldırmaq üçün mümkün olan hər şeyi edə bilmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm. Mən utanıram". edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.