Siyasət

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür edib - FOTO

4 Aprel 2023 18:23
Baxış: 1 600

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.

Milli.Az xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı tviterdə paylaşım edib.

Azərbaycan Prezidentinin paylaşımında qeyd olunub: "Təşəkkür edirəm, Əziz Qardaşım. Amin! "Togg" Sizin liderliyiniz altında qardaş Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir".

Xatırladaq ki, aprelin 4-də Türkiyənin ilk yerli elektromobili "Togg" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim olunub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tviterdə bununla bağlı paylaşım edərək xoş arzularını bildirib. Türkiyə Prezidentinin təbrik tvitində qeyd olunub: "Qardaşım İlham Əliyev də Türkiyənin qüruru "Togg"u təhvil aldı. Xeyirli olsun. Allah gözəl günlərdə istifadə etməyi nəsib etsin, qardaşım".

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.