Siyasət

"Bu gün Ermənistan kritik mərhələdədir" - Erməni deputat

26 Fevral 2023 22:21
Baxış: 918

"Bu hakimiyyət Ermənistanı mahiyyətcə məhv edir".

Milli.Az konkret.az-a istinadən xəbər verir ki, bunu "Hayastan" fraksiyasının deputatı Anna Qriqoryan deyib.

"Bu hakimiyyət nəinki Qarabağdan əlini çəkir, həm də "üçüncü respublika"nın sonunu gətirir.

Ermənistan xalqının 90 faizi Qarabağı Azərbaycanın bir hissəsi kimi görməyin əleyhinədir. Bütün sosioloji sorğular bunu göstərir. Mübarizəmiz ondan ibarətdir ki, İrəvanda danışıqlar aparan şəxs dəyişsə, danışıqların məntiqi də dəyişəcək. Bu gün ölkəmiz kritik mərhələdədir, ona görə də hamımızın bu məsələdə çox mühüm iştirakı olmalıdır", - deyə Qriqoryan bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.