Siyasət

“Səfirlikdəki polis hadisəni görə-görə oradan uzaqlaşıb”

6 Fevral 2023 15:28
Baxış: 1 336

"İranın polis maşını hücumdan 2 dəqiqə sonra əraziyə gələrək postdakı polislə birlikdə oradan uzaqlaşıb".

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə ölkəmizin İrandakı səfirliyinə qarşı törədilmiş terror aktının təfərrüatları barədə nazirlikdə keçirilən brifinqdə deyib.  

O bildirib ki, giriş qapısındakı növbətçi nəinki hadisəyə müdaxilə etməyib, hadisəni görə-görə oradan uzaqlaşıb: "Terrorçu polisin hadisəyə müdaxilə etməməsindən istifadə edərək əvvəlcədən hazırladığı "Molotov kokteyli"ni səfirlik binasına atmaq istəyib".

Xatırladaq ki, yanvarın 27-si Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı Vasif Tağıyev və Mahir İmanov xəsarət alıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.