4 il sonra Azərbaycan Avropanı "FƏTH EDƏCƏK" - Bakıdan VACİB HƏMLƏ
"Cənubi Qaz Dəhlizinə konseptual yanaşsaq, yəni geosiyasi və geoiqtisadi prizmadan layihəyə baxsaq, görə bilərik ki, bu layihə hazırda yeganə mövcud olan qaz nəqli ilə bağlı layihədir. Yəni bu layihə qaz boru kəməri vasitəsi ilə Avropa ilə Asiyanı birləşdirən yeganə layihdir".
Bunu Milli.Az-a açıqlamasında "Cənubi Qafqaz" politoloqlar klubunun rəhbəri İlqar Vəlizadə deyib.
O bildirib ki, 4 il sonra Türkiyədə istifadə edilməsi üçün nəzərdə tutulan Azərbaycan qazının Avropaya nəqlinə imkanlar yaradacaq:
"Hazırda Cənub Qaz Dəhlizi kimi başqa bir belə layihə yoxdur. Çünki Ukrayna-Rusiya müharibəsi fonunda Rusiya ilə birbaşa Avropa İttifaqına gedən bütün qaz kəmərləri demək olar ki, işləmir, fəaliyyətdə deyil. Yeganə qaz kəmərləridir ki, onlar birbaşa Avropaya getmirlər, öncə Türkiyəyə göndərilir, Türkiyə vasitəsi ilə də Avropanın bəzi ölkələrinə hələki bu infrastruktur vasitəsilə nəql olunur. Amma yaxın gələcəkdə Avropa İttifaqı bu infrastrukturdan da istifadə etməyəcəyi ilə bağlı qərarını verib. Ona görə də yeganə işlək qaz infrastrukturu məhz elə Cənub Qaz Dəhlizi layihəsidir.
Digər layihələr boru vasitəsi ilə Avropaya qaz çatıdırılmasına hesablanan layihələr Afrika ölkələri ilə Avropanın bəzi ölkələrini birləşdirən layihələrdir ki, onlar da dəniz vasitəsi ilə həyata keçirilir. Ona görə də onların reallaşdırılmasında və yaxud da həcminin artırılmasında müəyyən problemlər yaradır. Bu səbəbdən yeganə birbaşa quru xətti ilə Avropanı Asiya ilə birləşdirən layihə Cənubi Qaz Dəhlizi layihəsidir. Ona görə də onun əhəmiyyəti həm iqtisadi, həm də geosiyasi baxımdan çox vacibdir.
Cənubi Qaz layihədinin gələcəyi ilə bağlı onu deyə bilərəm ki, predmetli şəkildə 9-cu məşvərət iclasında bu məsələyə baxılır. Söhbət qaz həcminin artırılmasından, bu layihənin genişləndirilməsindən gedir. Bu layihədə interkonnektor vasitəsi ilə iştirak etmək istəyən ölkələrin Azərbaycandan əlavə qaz həcmlərinin artırılması niyyətləri durur. Əlbəttə, biz düşünməliyik ki, bütün bu layihələrin həyata keçirilməsində Azərbaycan qazının həcminin Avropaya nəql olunması ilə bağlı layihələrin genişləndirilməsindən keçir.
Yəni hazırda Avropaya 10 milyard kubmetr qaz nəql olunursa, 2027-ci ildə bu rəqəm təxminən iki dəfə artmalıdır və müxtəlif mülahizələr var ki, Azərbaycan bunu edə bilər, yoxsa yox?! Reallıqda Azərbaycan bunu edə bilər. Çünki bir tərəfdən yaşıl enerji layihələri həyata keçirilir ki, onlar da Azərbaycanın daxilində istifadə olunan qaz həcmlərinin yaşıl eneri ilə əvəzlənməsinə gətirib çıxaracaq və qazın əlavə yaranmış həcmi Avropaya nəql olunacaq.
Digər tərəfdən yeni yataqlar istifadə olunacaq, xüsusi ilə Abşeron yatağı. Və onun da layihə həddinə çıxması üçün müəyyən - bir, iki, yaxud da üç il lazımdır ki, bu da təxminən əlavə 5 milyard kubmetr qaz deməkdir. O da çox güman ki, daxili məqsədlər üçün istifadə olunacaq və yenə də yaranmış əlavə həcmlər Avropaya nəql olunacaq. Nəhayət Türkiyə də iri miqyaslı qaz yataqları aşkar edib, onları istismar etməklə məşğuldur. Yaxın illərdə bu proses sürətlənəcək. Təxminən 2027-ci ildə artıq Türkiyə çox güman ki, Sakarya yatağından böyük həcmdə qaz əldə edəcək.
Bu da Azərbaycan qazının Türkiyədə istifadə edilməsi üçün nəzərdə tutulan Azərbaycan qazının yenə də Avropaya nəqlinə imkanlar yaradacaq. Yəni artıq Türkiyə daha az həcmdə Azərbaycan qazı almasına səbəb olacaq ki, yaranacaq bu əlavə həcm Avropa istiqamətinə yönələ bilər. Ona görə də bu layihələr həm Azərbaycan üçün, həm Avropa üçün çox vacibdir. Digər tərəfdən yaşıl enerji ilə bağlı fikir mübadiləsi gedir, o biri yandan digər layihələr həyata keçirilir və yaxud da ki, layihələndirilir. Bunların arasında hidrogenlə bağlı olan layihər də yer alır.
Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan həmişə olduğu kimi qabaqlayıcı addımlar atır. Yəni hazırda Avropada müşahidə olunan treyninqləri nəzərə alaraq öz enerji siyasətini qurur. Bu da əlavə Avropa ölkələrinin diqqətinə səbəb olur. Ona görə onların Azərbaycana marağı artır, Azərbaycanla əməkdaşlığa marağı artır. Bu da olduqca vacib geosiyasi amil rolunu oynayır".
Təhməz Əsədov
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova
-
Prezident İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Foto)
-
Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib - (Video/Foto)
-
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
-
Müşavirədən nələr yadda qaldı? - Ən vacib nüanslar
-
Ceyhun Bayramov Əraqçi ilə görüşdü
XƏBƏR LENTİ
-
Narkokuryerlərə qarşı əməliyyat: 31 kiloqramdan çox narkotik götürüldü - (Video)
-
"AzerGold"un Müşahidə Şurasının tərkibi yenilənib
-
"Hərbiləşdirilmiş Mühafizə İdarəsi" AZCON-un idarəetməsinə verilib
-
Bu məhsulların gömrük rüsumu artırıldı
-
3 gün morqda qaldıqdan sonra tabutda ayılan qazimiz - (Video)
-
Martin Ryan cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı - (Yenilənib)
-
Bakıda Gəncə Dövlət Filarmoniyasının konserti keçirilib - (Foto)
-
Əli Əsədovdan mühüm qərar
-
Rusiyada taksi sürücüsü sərnişinə 3 dəfə atəş açdı
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldı
-
Murat Boz “Allah belanı versin" deyib, mikrafona tüpürdü - (Video)





