Siyasət

Abramoviçə 2,3 milyardlıq şok

31 Yanvar 2023 23:53
Baxış: 1 089

Böyük Britaniya hökuməti rusiyalı oliqarx Roman Abramoviçin "Çelsi" futbol klubunun satışından əldə etdiyi 2,3 milyard funt-sterlinqi Ukrayna fonduna köçürməyə yaxındır, lakin bunun üçün Avropa Birliyinin yekun razılığı olmalıdır.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Teleqraf" nəşri məlumat yayıb.

"Tarixdə müharibə qurbanlarına edilən ən böyük xeyriyyə ianələrindən biri olacaq bu böyük məbləğ bir neçə həftə ərzində hələ adı açıqlanmayan fonda köçürülə bilər", - nəşr bildirib.

Qeyd edilib ki, artıq səkkiz aydır pul sanksiyalaşdırılmış hesabda saxlanılır, lakin hökumətin sənədləşmə işlərini yekunlaşdırdığı məlumdur.

Nəşrin mənbələrinə görə, yeni fond Xeyriyyə Komissiyasının təsdiqini almaq üzrədir:

"Lakin bildiyiniz kimi, onlar da Avropadan son yaşıl işıq almalıdırlar, çünki Abramoviç də orada sanksiyalar altındadır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.